İsrailin geri çəkilməsi üçün yeni xəritə: Livandan diqqətçəkən təklif

İsrailin geri çəkilməsi üçün yeni xəritə: Livandan diqqətçəkən təklif
04.08.2026 18:00 Dünya

Livan İsraillə aparılan danışıqlar çərçivəsində İsrail qoşunlarının mərhələli şəkildə geri çəkilməsi üçün yeni "pilot zonalar"ın yaradılmasını təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Əl-Hədəs" telekanalı Livanın rəsmi mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Romada ABŞ-nin vasitəçiliyi ilə keçirilən danışıqlar zamanı Livan nümayəndə heyəti İsrail qüvvələrinin çıxarılacağı geniş "pilot zonalar"ın yaradılmasını təklif edib. Mənbə bildirib ki, təşəbbüsün həyata keçirilməsi üçün icra mexanizmi hazırlanmalı və texniki detallar dəqiqləşdirilməlidir.

Livan tərəfi ilkin mərhələdə ölkənin cənubunda yerləşən Bint Cbeyl və Əl-Xiyam şəhərlərini belə zonalar kimi təklif edib. Bununla yanaşı, təklif qəbul edilməyəcəyi təqdirdə alternativ variantların da mövcud olduğu qeyd olunub.

Mənbənin sözlərinə görə, Livan nümayəndə heyətinin danışıqlardakı əsas tələbi İsrailin atəşkəs razılaşmasını pozmasına son qoyulması olub. Həmçinin atəşkəs tələbinin İsrailin siyasi rəhbərliyinə çatdırılması israrla tələb edilib. Bildirilir ki, ABŞ tərəfi Livanın mövqeyini anlayışla qarşılayıb.

Xatırladaq ki, iyunun 26-da ABŞ-nin himayəsi altında Vaşinqtonda keçirilən beş raund danışıqlardan sonra Livan və İsrail çərçivə sazişi imzalayıb. Saziş Livan Silahlı Qüvvələrinin ölkə ərazisi üzərində mərhələli şəkildə tam suveren nəzarəti bərpa etməsini və İsrail qoşunlarının çıxarılacağı "pilot zonalar"ın yaradılmasını nəzərdə tutur.

Jalə Rövşən 

XƏBƏR LENTİ
04 AVQUST 2026
SON DƏQİQƏ: Hörmüz boğazı açıqdır 18:46 İran İraq və Küveyt sərhədinə qoşun yığır - TƏCİLİ - VİDEO 18:40 İranda güclü partlayış baş verdi - VİDEO 18:29 ABŞ və İran arasında “buzlar əriyir” - İlk ciddi irəliləyiş 18:26 Bu ölkə nüvə tullantılarını “gizlədir” - Dünyada İLK 18:16 Aİ-nin toyuqları Rusiyaya gedə bilmədi 18:10 İsrailin geri çəkilməsi üçün yeni xəritə: Livandan diqqətçəkən təklif 17:48 Ötən ay 11 aptekdə nöqsan aşkarlandı 17:30 724 milyon dollarlıq karyera qazancı: Yokiç rekord qırır! 17:43 Zelenski sərt danışdı: "Rusiya dəli olub" – Bazarda tərəvəz satanı dronla vurmaq... 16:59 T-72: Sovet zirehli texnikasının ən uzunömürlü nümunəsi 17:12 Seutada miqrant böhranında Mərakeş hökümətinin əli var? - İspaniya araşdırır 17:27 Yannik Sinner təcili tibbi müayinədən keçirilir! 17:20 Çoxmərtəbəli binada yanğın: 16 nəfər xilas edildi 17:18 Milyonluq torpaq qalmaqalı: MMA döyüşçüsü hakim önündə! 17:16 İtaliya–İspaniya arasında Şengen məhdudiyyəti 16:47 Zeynəb Sultanova finala yüksəldi, medal hədəfinə yaxınlaşdı! 17:03 Britaniyanın iki həftəlik baş naziri "çomadanını topladı", tənqid olundu 16:47 FIFA-nın vədi hələ də yerinə yetirilməyib! 16:48 Yokiçə sərt mesaj: Əvvəl Cokoviçi keç, sonra zirvəyə qalx! 16:34 Aİ qanunsuz miqrantları Ermənistanda yerləşdirəcək? - "Bizim xəbərimiz yoxdur" 16:18 Venger FIFA qalmaqalı ilə bağlı susqunluğunu pozdu! 16:14 Gözlənilməz transfer! Peres “Red Bull” sirrini açıqladı 15:55 Netanyahu ordunu ayağa qaldırır - Nişangahda kim var ? - İran, Livan, Qəzza, yoxsa Suriya 15:51 Avrokuboklarda intizam sistemi tam dəyişdi! 15:44 Bütün Xəbərlər