Neft məhsullarımız Ermənistana doğru: Sülhə sadiqliyin iqtisadi sübutu

Neft məhsullarımız Ermənistana doğru: Sülhə sadiqliyin iqtisadi sübutu
08.01.2026 13:04 Təhlil

Bu gün - yanvarın 8-də Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək. Daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir. 


Bəs Azərbaycandan Ermənistana yanacaq ixracı rəsmi Bakıya hansı strateji üstünlükləri verir?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi şərhçi  Fuad Heydər bildirib ki, Ermənistan-Azərbaycan sülh prosesi davam edir: 


"Baş verən hadisələr, hətta cənab Prezidentin yerli televiziyalara verdiyi müsahibələrdə də qeyd olunan xüsusi nüanslarla yanaşı, Ermənistan-Azərbaycan arasındakı sülh məsələlərinin artıq geniş miqyasda davam etdiyini göstərir. Bu məsələlər bizim üçün böyük önəm daşıyır. Hətta bildirilmişdir ki, bu ilin sonuna qədər Zəngəzur dəhlizinin açılması nəzərdə tutulur".

Analitik qeyd edib ki, Azərbaycan iqtisadi və siyasi addımlarla sülhə sadiqliyini göstərir: 

"Belə hallar Azərbaycanın Ermənistana dəstəyini və sülhə sadiqliyini göstərir. Azərbaycan burada yalnız neft və benzin satmaqla deyil, həmçinin yanacaq vasitələrinin ticarəti ilə də sülhə bağlılığını sübut edir. Biz danışılan bütün proseslərdə sadiqliyimizi nümayiş etdiririk və heç kəsə kin-küdurət göstərmirik. Bu proseslərin aparılması bizim üçün prioritetdir və maksimal şəkildə həyata keçirilməlidir. Çünki hər şey standartlara uyğun şəkildə təşkil olunmalıdır".

Ekspert vurğulayıb ki, Azərbaycan müharibədəki zəfəri və Prezidentin diplomatiyası ilə mövqeyini təsdiqləyir:


"Azərbaycan 30 illik münaqişədən sonra, 44 günlük Vətən müharibəsində qazandığı zəfər və göstərdiyi güc ilə öz mövqeyini təsdiqləyib. Bu proseslər bizim üçün çətin deyil, əksinə asandır. Ən başlıca səbəblərdən biri də odur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diplomatiyası həm Amerikada, həm də dünya ölkələrində tanınır və sözümüz imzamız qədər etibarlıdır”.

F.Heydər sonda əlavə edib ki, Azərbaycan  sülhü şəffaf şəkildə qurur:

"Qeyd etmək istərdim ki, Azərbaycan Ermənistanla sülh proseslərini şəffaf şəkildə aparır və bu proseslərin davamlılığı təmin olunur. Azərbaycan dövləti sülh münaqişəsini heç bir halda pozmayacaq, təbii ki, qarşı tərəf ziddiyyət və problemlər yaratmadığı müddətdə. Bu proseslərin nəticəsində isə bütün lazımi tədbirlər görülür.Baş verən hadisələr, hətta cənab Prezidentin yerli televiziyalara verdiyi müsahibələrdə də qeyd olunan xüsusi nüanslarla yanaşı, Ermənistan-Azərbaycan arasındakı sülh məsələlərinin artıq geniş miqyasda davam etdiyini göstərir. Bu məsələlər bizim üçün böyük önəm daşıyır. Hətta bildirilmişdir ki, bu ilin sonuna qədər Zəngəzur dəhlizinin açılması nəzərdə tutulur". 

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında neft məhsullarının tədarükü 2025-ci il dekabrın 18-də başlanıb və bu, uzun illər sonra ilk belə ticarət nəqliyyatıdır. Həmin vaxt SOCAR tərəfindən istehsal olunan 1 220–1 300 ton Aİ‑95 markalı benzin 22 vaqonla dəmiryolu ilə Azərbaycandan Ermənistana göndərilib və bu yük Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb. Bu ilk partiya iki ölkə arasında sülh gündəliyi çərçivəsində həyata keçirilən ilk iqtisadi əməliyyatlardan biridir.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
02 AUGUST 2026
DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 All News