Rusiyanın Ukraynada yeni idarəçilik arzusu: ABŞ və Aİ nə deyəcək?

Rusiyanın Ukraynada yeni idarəçilik arzusu: ABŞ və Aİ nə deyəcək?
16.02.2026 16:36 Təhlil

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya hakimiyyətinin münaqişə nizamlandıqdan sonra Ukraynada müvəqqəti xarici idarəçiliyin tətbiqi imkanını müzakirə etməyə hazır olduğunu açıqlayıb.


O, bildirib ki, Ukraynada BMT himayəsi altında xarici idarəçilik ideyası yeni deyil və beynəlxalq praktikada oxşar presedentlər mövcuddur.

Qaluzinin sözlərinə görə, Rusiya ABŞ və Avropa ölkələri ilə birlikdə Kiyevdə belə bir mexanizmin tətbiqini müzakirə edə bilər. O qeyd edib ki, bu model demokratik seçkilərin keçirilməsinə və “fəaliyyət qabiliyyətli hökumətin” formalaşmasına şərait yarada bilər. Hazırda isə bu məsələ geniş şəkildə müzakirə olunmur.

Sözügedən məsələni TodayPress TV-yə şərh edən Azərbaycan Ümid Partiyasının idarə heyətinin üzvü, politoloq Anar İsayev Mixail Qaluzinin səsləndirdiyi “Ukraynada müvəqqəti xarici idarəçilik” ideyasının siyasi baxımdan son dərəcə həssas və mürəkkəb olduğunu bildirib: 


“Bu təşəbbüs hazırkı geosiyasi reallıqda ABŞ və Avropa ölkələri tərəfindən dəstəklənə biləcək ideya deyil. Qərbin prinsipial mövqeyi Ukraynanın suverenliyi və ərazi bütövlüyüdür. Aİ müharibənin əvvəlindən Ukraynanın legitim hökumətini tanıdığını və dəstəklədiyini açıq şəkildə bəyan edib. BMT himayəsi altında xarici idarəçilik isə praktik olaraq mövcud hakimiyyətin legitimliyinin sual altına alınması və Ukraynanın, hətta müvəqqəti də olsa, suveren qərarvermə imkanlarının məhdudlaşdırılması kimi qəbul oluna bilər. Bu isə dolayısı ilə Rusiyanın “Ukraynada legitim hakimiyyət yoxdur” tezisinin qəbul edilməsi anlamına gələ bilər”.

Politoloq qeyd edib ki, BMT nəzarətində müvəqqəti idarəçilik presedentləri mövcuddur:

“Doğrudur, Kosovo (UNMIK), Şərqi Timor, Kamboca kimi nümunələr var. Amma bu hallar adətən dövlət institutlarının tam dağılması, vətəndaş müharibəsi və ya humanitar kollaps şəraitində, həmçinin tərəflərin razılığı əsasında tətbiq olunub. Ukraynada isə mərkəzi hökumət fəaliyyət göstərir, ordu və dövlət strukturları işləkdir, beynəlxalq legitimlik tanınır. Bu baxımdan presedent uyğunluğu zəifdir”.

Anar İsayev Qərbin mümkün reaksiyasına da toxunub:  


“Qərb rəsmi olaraq ideyaya ehtiyatlı və ya soyuq yanaşacaq və “Ukraynanın gələcəyini yalnız Ukrayna xalqı müəyyən etməlidir” xəttini vurğulayacaq. Seçkilər məsələsinin Ukrayna Konstitusiyasına uyğun həllini dəstəkləyə bilər, amma “xarici idarəçilik” terminindən qaçacaq. Müharibədən sonrakı seçkilərin beynəlxalq müşahidə altında keçirilməsi isə dəstəklənə bilər”.

Ekspert hesab edir ki, hazırkı siyasi konfiqurasiyada ABŞ və Aİ-nin bu təşəbbüsə razılıq verməsi real görünmür. Qərb üçün əsas prioritet Ukraynanın dövlət kimi davamlılığının qorunması və Rusiyanın hərbi nəticələr əldə etməsinin qarşısının alınmasıdır.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Bütün Xəbərlər