ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq?
Tramp İranı “geri çəkilməyə məcbur etmək” üçün genişmiqyaslı hücuma əl ata bilər
"ABŞ lideri Donald Tramp İranı Hürmüz boğazındakı hədəflərə hücumlar da daxil olmaqla, münaqişədəki mövcud yanaşmasından çəkindirmək üçün növbəti hərbi addımlara üstünlük verə bilər".
TodayPress TV xəbər verir ki, bunu ABŞ-nin Omandakı keçmiş səfiri Riçard Şmirer "Al Jazeera"ya bildirib
Onun sözlərinə görə, Tramp hərbi fəallığın artırılmasının İranın davranışını dəyişmək məqsədinə çatdıracağına inandığı müddətcə, bunu nəzərdən keçirməyə davam edəcək.
Keçmiş səfir qeyd edib ki, gərginliyin artması cavab gərginliyi gətirəcək və İran da analoji olaraq qonşu Körfəz ölkələrindəki enerji obyektlərini hədəf alacaq.
Aysel Mətləb