Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir?

Rumıniya AES-i fəaliyyətini dayandıra bilər -  Səbəb nədir?
02.08.2026 05:15 Dünya

Dunay çayında suyun səviyyəsinin daha da azalması halında, Rumıniyanın Çernavoda şəhərindəki atom elektrik stansiyası (AES) dörd-beş gün işləyə biləcək.

TodayPress TV xəbər verir ki, bu barədə "Agerpres" agentliyinin sözlərindən sitat gətirdiyi "Apele Române" Milli Administrasiyasının direktor müavini Sorin Rındaşu bildirib.

Onun sözlərinə görə, Dunayda suyun səviyyəsi gündə təxminən 2-3 sm azalır. Çayın Rumıniyaya girişində su sərfi saniyədə 1 590 kubmetr təşkil edir və proqnozlara görə, avqustun 7-dək saniyədə təxminən 1 450 kubmetrə qədər azalacaq.

Rındaşu bildirib ki, stansiyanın fasiləsiz işləməsini təmin etmək üçün hidrotexniki işlərə başlanılıb. Xüsusən də, Köhnə Dunay qolu boyunca axını tənzimləmək məqsədilə daşla yüklənmiş bir neçə barjanın batırılması, həmçinin onun Bala qolu ilə birləşdiyi yerdə dibdərinləşdirmə işlərinin aparılması planlaşdırılır.

"Risk mövcuddur, lakin AES-in fəaliyyətini davam etdirməsi üçün mümkün olan hər şey edilir", - deyə o qeyd edib.

Rındaşunun sözlərinə görə, proqnozlar əlverişsiz olaraq qalır. Avstriyada Dunayın yuxarı axarında yağan yağıntılara baxmayaraq, su Çernavodaya 12 gün sonra çatacaq.

O vurğulayıb ki, atom elektrik stansiyasının özündə vəziyyət təhlükəsizlik üçün təhdid yaratmır, çünki kritik parametrlərə çatdıqda ikinci enerji bloku dərhal dayandırılacaq. Stansiyanın birinci reaktoru isə çərşənbə axşamı söndürülüb.

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 Bütün Xəbərlər