Ermənistan parad istəyir: Məğlub ordu nəyi nümayiş etdirəcək?

Ermənistan parad istəyir: Məğlub ordu nəyi nümayiş etdirəcək?
13.11.2025 15:27 Təhlil

Ermənistanda hərbi parad keçirilməsi məsələsi yenidən ictimai və siyasi müzakirələrin gündəminə çıxıb. Baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı məsələ ilə bağlı müxtəlif fikirlərin səsləndiyini bildirib. 

“Armenpress”in məlumatına görə, Paşinyan cəmiyyətdə bir qrupun paradın keçirilməsini dəstəklədiyini, digər qrupların isə buna qarşı çıxdığını deyib. O qeyd edib ki, Azərbaycanda keçirilən Zəfər paradından sonra bu mövzu Ermənistanda da aktuallaşıb. Baş nazirin sözlərinə görə, hökumət sülh gündəliyinə fokuslansa da, ictimaiyyətin yanlış məlumatlardan qorunması üçün informasiya təhlükəsizliyi təmin olunmalıdır. Paşinyan bildirib ki, qərar verildiyi halda parad kifayət qədər təsirli ola bilər.


O əlavə edib ki, əhalinin yeni alınan hərbi texnikaları görmək istəyinin böyük olması səbəbindən bu məsələ ilə bağlı hökumətə çoxsaylı müraciətlər daxil olub.

Bu halda suallar yaranır: 44 günlük müharibədə ağır məğlubiyyət yaşayan Ermənistanın bu gün hərbi parad keçirmək istəyi nə ilə izah oluna bilər. Ümumiyyətlə, paradla nümayiş etdirəcək real hərbi güc varmı, yoxsa bu, daha çox daxili auditoriyaya ünvanlanan siyasi görüntüdür?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Anar İsayev bildirib ki, Ermənistanın hazırkı vəziyyəti və 44 günlük müharibədən sonra formalaşan reallıq hərbi parad ideyasının mahiyyətini daha aydın göstərir:


“44 günlük müharibədən sonra Ermənistan ordusunun 60 faizdən çox silah-sursatı məhv edilib və ya Azərbaycan tərəfindən ələ keçirilib, qalan texnika və hava hücumundan müdafiə sistemləri isə köhnəlib. Demək olar ki, heç bir yenilənmə baş verməyib. Orduda struktur islahatları aparılsa da, bu proses hələ real nəticə verməyib. Dronlar, artilleriya və HHM sistemləri də daxil olmaqla yeni hərbi texnologiyalar üzrə Ermənistan həm Azərbaycandan, həm də hətta Gürcüstandan geri qalır”.

Ekspertin sözlərinə görə, Ermənistanın bu gün nümayiş etdirə biləcəyi hərbi gücün çox məhdud olması parad ideyasının mahiyyətini dəyişir:

“Parad hərbi qüdrətin nümayişi deyil, daha çox daxili auditoriyaya hesablanmış siyasi-psixoloji mesajdır. Belə tədbirlər adətən ictimai psixologiyanı yönləndirmək, hökumətin nüfuzunu artırmaq və “məğlubiyyət sindromu”nu yumşaltmaq üçün istifadə olunur”.


Anar İsayev qeyd edib ki, Paşinyan hökuməti parad vasitəsilə cəmiyyətə konkret mesajlar vermək niyyətindədir:

“Paşinyan “məğlub olsaq da, ordumuz dirçəlir”, “Yeni Ermənistan ordusu formalaşır” kimi fikirləri gücləndirməyə çalışır. Paradın əsas ünvanı Ermənistan cəmiyyətidir — xüsusən də revanşist qruplar, müxalifət və ordudakı narazı dairələr”.

Analitik vurğulayıb ki, Ermənistanın hazırda real hərbi güc nümayiş etdirmək imkanı yoxdur və paradın məqsədi daha çox psixoloji təsir yaratmaqdır:

“Bu, hərbi güc nümayişi deyil, məğlubiyyət kompleksini aradan qaldırmaq və cəmiyyətdə özünəinamı bərpa etmək cəhdidir. Ermənistanın gerçək imkanları parad miqyasında təqdim ediləcək səviyyədə deyil”.

Qiymət Mahir

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər