İranın "Hörmüz"ü var, Azərbaycanın nəyi var?

İranın "Hörmüz"ü var, Azərbaycanın nəyi var?
01.07.2026 16:11 Təhlil

Dünya geostrateji xəritəsinə baxanda bəzi nöqtələr var ki, onlar qlobal iqtisadiyyatın və təhlükəsizliyin kilidini əlində saxlayır. Məsələn, İraq, Körfəz ölkələri və xüsusilə İran üçün belə bir kilid nöqtəsi Hörmüz boğazıdır. İran bu boğaz vasitəsilə qlobal enerji bazarlarına təzyiq edə, geosiyasi şərtləri diktə edə bilir.

Maraqlıdır,  Azərbaycanın hansı coğrafi və ya strateji üstünlüyü beynəlxalq miqyasda bizim üçün oxşar bir çəki yaradır?

Sözügedən mövzu ilə bağlı politoloq Əli Mustafa TodayPress TV-yə danışıb.


Analitik bildirib  ki, dünyanın elə hissələri, elə bölgələri var ki,  onların həm logistika, həm də geosiyasi imkanlar baxımından strateji əhəmiyyəti var:

"Azərbaycan belə kilid dövlətlərdən biri hesab oluna bilər. Xüsusilə, Orta Dəhliz artıq Azərbaycan üzərindən işləyir. Bildiyimiz kimi, Çindən Avropaya gedən bu ticarət yolunun əhəmiyyətli bir hissəsi Azərbaycan üzərindən keçir. Bu baxımdan, açığı, Orta Dəhliz artıq Azərbaycanın strateji əhəmiyyətini artırır. Və bu bizim üçün də bir avantaj hesab oluna bilər".

Politoloq vacib məsələlərdən birinə toxunub:

"Bu gün Türkistanın çox böyük karbohidrogen ehtiyatları var. Xüsusilə, Qazaxıstanın və Türkmənistanın qaz və neft ehtiyatları... Yəni, əslində Avropa bazarlarının bu ehtiyatlara ehtiyacı var. Yəqin ki, gələcəkdə bu ehtiyatların Azərbaycan üzərindən Avropaya çatdırılması məsələsi gündəmdə olacaq. Logistika baxımından hesab edirəm ki, doğrudan da Azərbaycan strateji bir ölkədir. Biz həm də Şimal–Cənub ticarət yolunun üzərində yerləşirik. Hazırda bu dəhliz də Azərbaycandan keçir.  Azərbaycan həm də bu strateji yolun bir qovşağıdır. Ticarət yolları, xüsusilə Şərq–Qərb və Şimal–Cənub yolları hesab edirəm ki, Azərbaycana olduqca böyük əhəmiyyət verir".

Ekspert diqqətə çatdırıb ki, Cənubi Qafqaz özü də ümumilikdə strateji bir bölgədir:

"Azərbaycanın burada ciddi rolu var. Elə Türk dünyasının bir araya gəlməsi, Türk dünyası arasında inteqrasiyanın yaranması baxımından da Azərbaycan əhəmiyyətlidir. Çünki o, Türkistan ilə Anadolunun arasında yerləşir və Türk dünyasının birliyi coğrafi baxımdan Azərbaycan vasitəsilə təmin olunur".

Siyasi şərhçi düşünür ki, indi dünya düzəni dəyişməkdədir:

"Yeni təhlükəsizlik arxitekturası formalaşır, yeni modellər meydana çıxır. Ümumiyyətlə, köhnə düzən artıq dəyişir. O cümlədən təhlükəsizlik məsələləri ilə bağlı da bir çox yeni paradiqmalar ortaya çıxır. Hələlik Azərbaycanın da müəyyən strateji əhəmiyyətinin olduğu görünür. Amma ola bilsin ki, bu yeni düzən tam formalaşandan sonra daha ciddi məqamlar meydana çıxacaq".

Politoloq sonda bildirib ki, hələlik Xəzər dənizi üzərindən keçərək Azərbaycandan gedən Orta Dəhliz Asiya ilə Avropanın birləşməsində, yaxud onların ticarət əlaqələrinin inkişafında müstəsna əhəmiyyətə malikdir. Eyni zamanda, Rusiya və İran istiqamətində, yəni şimal və cənub istiqamətində olan ticarət yollarının da ölkəmizdən keçməsi bizim coğrafi və strateji əhəmiyyətimizi müəyyənləşdirir.

Jalə Rövşən

TodayPress TV

PHOTOS

İranın "Hörmüz"ü var, Azərbaycanın nəyi var? — 1
NEWS FEED
17 AUGUST 2026
Şəmkirdə ağır qəza: Ölənlər var 18:18 28 yaşlı gənc Bakıda faciəvi şəkildə öldü 18:56 3 rusiyalı Azərbaycan tərəfindən təcili axtarışa verildi 18:47 Sakinlərə ŞAD XƏBƏR! Xocasəndə su problemi həll olundu 18:30 Sürücülərin DİQQƏTİNƏ! Bu küçələr bağlanacaq 18:23 Moskva Londona sərt xəbərdarlıq etdi: “Bunun nəticələri olacaq!” 18:14 Hörmüzdən gəmilərin keçidi sərbəst olmalıdır - Ərdoğan 17:44 General-mayor Abbasəli Novruzov dəfn olundu - FOTO 17:21 İnfantinonun dördüncü müddəti sual altında: FIFA-ya rəsmi müraciət 17:35 Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana gətirildi 17:06 “Qarabağ”a “Tvente” oyunu öncəsi zərbə: Cəfərquliyev zədələndi 17:03 Bu tarixdən şagirdlərin elektron yerdəyişməsi başlayır 16:54 Tramp: “İran ağ bayraq qaldırmalıdır” 16:21 TƏBİB-də iki vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNATLAR - FOTO 16:29 Fariz Əzizova AAYDA-da yüksək vəzifə verildi 16:25 Fernandes üçün transfer savaşı davam edir: “Siti” geri addım atmadı 16:11 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Kriştianu Ronaldodan karyera sonrası həyat etirafı: “Gələcəyim planlaşdırılıb” 15:54 Azərbaycan əhalisinin sayı açıqlandı 15:37 "Tour de France" qəzası Vingeqoru mövsümü vaxtından əvvəl bitirməyə məcbur etdi 15:39 İstanbul hava limanı yenə rekord qırdı – 290 mindən çox sərnişin... 14:28 General rütbəsi alan sərhədçilər... - Dosye 15:10 “Barselona” əfsanəsi Buskets məşqçi kimi kluba qayıtdı 14:57 Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısının adı verildi 14:36 Futbol dünyasını sarsıdan hadisə: “Kalyari”nin gənc hücumçusu reanimasiyada 14:48 All News