Türkiyə hədəfdədir: ABŞ-İsrail ittifaqı Türkiyəyə qarşı təhdid yaradır? – Politoloq açıqladı

Türkiyə hədəfdədir: ABŞ-İsrail ittifaqı Türkiyəyə qarşı təhdid yaradır? – Politoloq açıqladı
20.10.2025 17:34 Təhlil

Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ bildirib ki, PKK lideri Duran Kalkanın “Bu müharibənin mərkəzi Türkiyədir” açıqlaması ABŞ-İsrail ittifaqının Ankaraya yönəlik üstüörtülü təhdidi kimi qiymətləndirilməlidir.

Onun sözlərinə görə, ABŞ Kiprdə İsrail və SDQ üçün logistik mərkəz rolunu oynayan bazalar yaradır və bu, Böyük Britaniyanın da dəstəklədiyi yeni Şərqi Aralıq dənizi ittifaqının formalaşmasına işarədir.

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, bu narahatlıq tamamilə əsaslıdır:

“Bu narahatlığı Türkiyənin keçmiş kəşfiyyat orqanı nümayəndəsi açıqlayır və bu çox haqlı bir narahatlıqdır. Çünki biz dünya siyasətinin indiki trendlərinə fikir versək, görərik ki, dünyanı yeni sferalara bölmək istəyirlər. Və bu prosesdə aparıcı mövqedə olmaq istəyənlər Qərb dövlətləridir. Xüsusilə ABŞ və Böyük Britaniyadır. Avropa İttifaqı burada bir qədər passiv mövqe sərgiləyir. Bu da ondan irəli gəlir ki, London və Vaşinqton onları əsas proseslərdən və qərarların qəbulundan kənarda saxlayır. Çünki onlar bu inhisarı əllərində saxlamaq niyyətindədirlər”.

Politoloq vurğulayıb ki, hazırda Türkiyə hədəfdədir:

“Tək Türkiyə yox, İran və Pakistan da. Bunlar İslam birliyinin ən aparıcı dövlətləridir. Öz strateji resurs bazasına və potensialına görə onlardan həm çəkinirlər, həm də onları proseslərdən kənarda saxlamağa çalışırlar. Burada İsrail dövlətinin təyinatına fikir verməliyik. Bu, sözün əsl mənasında klassik dövlət deyil. Bu, Amerika və Qərb siyasətinin ötürücüsünə çevrilmiş bir məmləkətdir. Tam anlamı ilə sifarişlə çalışan bir gücdür". 

Politoloq son İsrail-İran toqquşmasına diqqət çəkib: 

"ABŞ gördü ki, İsrailin vəziyyəti gərgindir və İran raket zərbələri ilə onu darmadağın edə bilərdi. Tramp prosesə qatılmalı oldu və demək olar ki, İsrailin nicatını təmin etdi. Ancaq məsələ köklü həllini tapmadı. İranı nə parçalaya, nə rejimini dəyişə, nə də daxilində istədikləri konfiqurasiyanı yarada bildilər. Ona görə də məsələ bitməyib, onun ikinci hissəsi var. İsrail ancaq Britaniya və ABŞ-nin siyasətinin sipəri, buferidir". 

Analitik qeyd edib ki, ABŞ, İsrail və Böyük Britaniyanın dəstəyi ilə bölgədə böyük plan həyata keçirilir:

“Bu planın birinci mərhələsi Kürd dövlətinin yaradılmasıdır. Suriyanın hansı vəziyyətdə olduğunu da görürük. Məqsəd bölgəni daimi münaqişə içində saxlamaqdır. Dünya artıq elə bir həddə çatıb ki, mübarizə qaçılmazdır. Hazırda dünyada 120-yə yaxın kiçik və orta münaqişə ocağı var. Onlar bir qığılcımla dünya müharibəsinə çevrilə bilər".

Sonda mütəxəssis bildirib ki, İsrailin mövcudluğu tamamilə ABŞ-nin dəstəyindən asılıdır:

“Yaxın vaxtlarda İsrailin müqəddəratı həll oluna bilər. Dünya dəyişib və xalqlar suverenliyini qorumaq istəyirlər. Bu isə Qərbin neomüstəmləkəçiliyinə qarşı duruşun başlanğıcı ola bilər.

Tramp nə qədər BRICS dağılır desə də, yalandır. Əksinə, Rusiya, Çin, İran və Şimali Koreya kimi ölkələr öz koalisiyalarını yaradırlar. Bu, yeni dünya nizamının formalaşması deməkdir". 

Jalə Rövşən 

TodayPress TV

FOTOLAR

Türkiyə hədəfdədir: ABŞ-İsrail ittifaqı Türkiyəyə qarşı təhdid yaradır? – Politoloq açıqladı — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Bütün Xəbərlər