3 rusiyalı Azərbaycan tərəfindən təcili axtarışa verildi

3 rusiyalı Azərbaycan tərəfindən təcili axtarışa verildi
17.08.2026 18:49 Hadisə

Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

TodayPress TV xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, istintaq zamanı müəyyən olunub ki, Rusiya Federasiyası vətəndaşları - "Moskva 24" telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç, Rusiya Federasiyasında siyasi məsləhətçi və media eksperti kimi özünü təqdim edən Uralov Semyon Sergeyeviç və televiziya jurnalisti və müxbiri kimi fəaliyyət göstərən, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviç 14 iyul 2026-cı il tarixdə "YouTube" platformasında "Семён Уралов" adlı kanalda yayımlanan "Чистота понимания" verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, həmin şəxslər 13 avqust 2026-cı il tarixdə qeyd olunan kanalda yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı zorakı üsullardan istifadə edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci maddələri (milli nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilmiş, həmin şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənar olduqlarından axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Eyni zamanda, təqsirləndirilən şəxslərin tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək tutulması və Azərbaycan Respublikasına təqdim olunması məqsədilə aidiyyəti dövlət qurumlarına Baş Prokurorluq tərəfindən müvafiq müraciətlər edilmiş, habelə onların İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlər görülüb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən qanunsuz əməllərə qarşı milli qanunvericiliyin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq qətiyyətli hüquqi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.

XƏBƏR LENTİ
17 AVQUST 2026
Əmirbəyov və Litva səfiri nələri müzakirə etdi? 19:54 Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ! 19:16 “Qarabağ” - “Şamaxı” matçı başladı - CANLI 19:41 Almanlar kütləvi şəkildə orduya gedir - 13 ilin rekordu 19:23 Zelenskidən sentyabr üçün yeni plan - DETALLAR 19:13 Kuşner Netanyahunu 4 saat “dilə tutdu” 19:07 Şəmkirdə ağır qəza: Ölənlər var 18:18 28 yaşlı gənc Bakıda faciəvi şəkildə öldü 18:56 3 rusiyalı Azərbaycan tərəfindən təcili axtarışa verildi 18:47 Sakinlərə ŞAD XƏBƏR! Xocasəndə su problemi həll olundu 18:30 Sürücülərin DİQQƏTİNƏ! Bu küçələr bağlanacaq 18:23 Moskva Londona sərt xəbərdarlıq etdi: “Bunun nəticələri olacaq!” 18:14 Hörmüzdən gəmilərin keçidi sərbəst olmalıdır - Ərdoğan 17:44 General-mayor Abbasəli Novruzov dəfn olundu - FOTO 17:21 İnfantinonun dördüncü müddəti sual altında: FIFA-ya rəsmi müraciət 17:35 Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana gətirildi 17:06 “Qarabağ”a “Tvente” oyunu öncəsi zərbə: Cəfərquliyev zədələndi 17:03 Bu tarixdən şagirdlərin elektron yerdəyişməsi başlayır 16:54 Tramp: “İran ağ bayraq qaldırmalıdır” 16:21 TƏBİB-də iki vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNATLAR - FOTO 16:29 Fariz Əzizova AAYDA-da yüksək vəzifə verildi 16:25 Fernandes üçün transfer savaşı davam edir: “Siti” geri addım atmadı 16:11 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Kriştianu Ronaldodan karyera sonrası həyat etirafı: “Gələcəyim planlaşdırılıb” 15:54 Azərbaycan əhalisinin sayı açıqlandı 15:37 Bütün Xəbərlər