İrana əvvəlkindən daha böyük zərbə yaxınlaşır - Xəbərdarlıq edildi

İrana əvvəlkindən daha böyük zərbə yaxınlaşır - Xəbərdarlıq edildi
24.07.2026 14:52 Təhlil

ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi əməliyyat ehtimalı ilə bağlı diqqətçəkən açıqlama verib.

TodayPress TV xəbər verir ki, Tramp "Axios" nəşrinə müsahibəsində İrana qarşı "kütləvi hücum" barədə qərar verməyə yaxın olduğunu bildirib.

O deyib ki, mümkün zərbə əvvəlki əməliyyatlardan daha genişmiqyaslı ola bilər.

Bu cür ritorika Trampın xarici siyasət üslubunda yeni deyil. O, hərbi güc nümayiş etdirməklə qarşı tərəfi danışıqlarda daha güzəştli mövqe tutmağa sövq etməyə çalışır.

Lakin prosesləri diqqətlə  oxuyanda görürük ki, bu dəfə vəziyyət əvvəlkilərdən bir qədər fərqlənir.

ABŞ  bölgədə hərbi qüvvələrini gücləndirir və zərbə imkanlarını hazır vəziyyətdə saxlayır. Vaşinqton bu dəfə sözlə kifayətlənmək istəmir. 

Əgər İran nüvə proqramı və ya regional fəaliyyəti ilə bağlı ABŞ-nin "qırmızı xətlərini" keçərsə, məhdud, lakin səs-küylü hərbi əməliyyat istisna olmayacaq. 

Amma ABŞ-nin uzunmüddətli və genişmiqyaslı müharibəyə başlamaq ehtimalı yüksək görünmür. Vaşinqton da belə bir müharibənin hərbi və iqtisadi yükünü nəzərə almağa məcburdur.

Son aylarda müxtəlif əməliyyatlarda uzaqmənzilli raket və yüksək dəqiqlikli sursat ehtiyatlarının azalması ilə bağlı məlumatlar yayılıb. Bu səbəbdən mümkün ssenari daha çox qısa müddətdə həyata keçirilən, strateji əhəmiyyət daşıyan obyektlərə dəqiq zərbələrdən ibarət ola bilər.

Nəzərə almaq lazımdır ki, Trampın açıqlaması həm də ABŞ-nin müttəfiqlərinə və rəqiblərinə ünvanlanmış mesajdır.

Vaşinqton bununla göstərmək istəyir ki, bölgədə hərbi təşəbbüs hələ də onun əlindədir və lazım gəldiyi halda güc tətbiq etməkdən çəkinməyəcək.

Hazırkı mərhələdə dərhal genişmiqyaslı müharibə gözlənilmir. Əsas məqsəd İranı siyasi və hərbi baxımdan güclü təzyiq altında saxlamaqdır. Bununla belə,  aktivlər artıq mövqedədir. Qalan tək şey Trampın yaşıl işığıdır. Bölgədə hər hansı gözlənilməz hadisə baş verərsə, təbii ki, Trampın bu bəyanatı mümkün hərbi əməliyyat üçün əvvəlcədən verilmiş xəbərdarlıq kimi təqdim olunacaq. 

Jalə Rövşən

NEWS FEED
24 JULY 2026
“Zirə”nin Avropa Liqası matçının hakimi bəlli oldu 17:20 MM ABŞ-də Azərbaycan əleyhinə qəbul edilmiş qanun layihəsinə etiraz bildirdi 17:18 UEFA-dan ÇSKA – "Qarabağ" matçı ilə bağlı qərar 17:07 Rusiya Slavyanskı bombaladı: Ölənlər VAR 16:59 "Ölüm saatı" çatdı? - Britaniyanın İrandakı səfirliyini bağlamasının sirri 16:45 “KuPS” - “Sabah” görüşünün hakim təyinatları müəyyənləşdi 16:37 Yunanlar adalara silahlar yığır - Türkiyə təhdidə necə cavab verəcək? 16:30 Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar 16:21 Agentlik direktoru Azərbaycanı dünyada təmsil edəcək aşpazlara "pasport"larını təqdim etdi 16:08 “YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatdı 16:06 Salyanda yoxa çıxan çobanın atası Xırdalan qəssabxanasından nə tapdı? - VİDEO 16:00 Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edildi 15:55 Bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ 15:40 Yunan klubunun Rusiya sevdası tribunaları qarışdırdı: Polislə azarkeşlər əlbəyaxa oldu - VİDEO 15:23 Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - DOSYE 15:16 CHP ana müxalifət statusunu itirdi - Türkiyədə müxalifət dəyişdi 15:10 İrana əvvəlkindən daha böyük zərbə yaxınlaşır - Xəbərdarlıq edildi 14:52 Ferstappen Alonsonun karyerasına münasibət bildirdi 14:49 Klopp futbolçulara çağırış etdi: Özünüzü sübut edin 14:37 Çin dayanmır - Yanğınları söndürmək üçün dronlardan su bombaları düzəltdilər - VİDEO 14:34 Rusiyanı peykdən vurdular - Növbə İrana çatır 14:23 Azərbaycan komandası dramatik qələbə ilə finala yüksəldi 14:26 Prezidentin yüksək diplomatik vəzifə verdiyi şəxs kimdir? - DOSYE 14:23 ABŞ İranın Xəzər sahilinə zərbələr endirdi 14:20 Elxan Səmədov yenidən PFL prezidenti seçildi 14:17 All News