Prezidentin yüksək diplomatik vəzifə verdiyi şəxs kimdir? - DOSYE

Prezidentin yüksək diplomatik vəzifə verdiyi şəxs kimdir? - DOSYE
24.07.2026 14:23

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. O, bu təyinata qədər 2021-ci ildən Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.


TodayPress TV Rəşad Məmmədov haqqında məlumatları təqdim edir:

O, 31 oktyabr 1973-cü ildə Gəncə şəhərində anadan olub.

1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Daha sonra G. Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistratura pilləsini bitirib. 2017–2020-ci illərdə isə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasında təhsil alaraq hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Əmək fəaliyyətinə 1990-cı ildə Ədliyyə Nazirliyində kargüzar kimi başlayan Rəşad Məmmədov 1992–1994-cü illərdə həqiqi hərbi xidmətdə olub və Birinci Qarabağ müharibəsində iştirak edib. O, Goranboy ikinci ərazi batalyonunda və Murov istiqamətində yerləşən hərbi hissədə döyüş yolu keçib.

1995–2000-ci illərdə Bakı Hərbi Prokurorluğunda müxtəlif vəzifələrdə çalışan Rəşad Məmmədov 2000-ci ildən diplomatik fəaliyyətə başlayaraq Xarici İşlər Nazirliyinin MDB idarəsində attaşe, daha sonra Azərbaycanın Rusiyadakı səfirliyində üçüncü və ikinci katib vəzifələrində işləyib.

2006–2008-ci illərdə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsulluq hüquq məsələləri şöbəsinin müdiri olub. 2008–2015-ci illərdə Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğunda əvvəlcə baş konsul vəzifəsini icra edib, daha sonra baş konsul kimi fəaliyyət göstərib.

2015–2021-ci illərdə Azərbaycanın Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışan Rəşad Məmmədov 26 iyul 2021-ci ildə Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 24 iyul 2026-cı ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Rəşad Məmmədova 2010-cu ildə birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, 2017-ci ildə isə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbələri verilib.

Diplomatik fəaliyyəti dövründə III dərəcəli "Vətənə xidmətə görə" ordeni, Qazaxıstanın II dərəcəli "Dostluq" ordeni, "Qazaxıstanın müstəqilliyinin 25 illiyi" medalı, Qazaxıstan Xalqı Assambleyasının "Birlik" qızıl medalı, Azərbaycan və Qazaxıstan diplomatik xidmət orqanlarının yubiley medalları, eləcə də TÜRKSOY-un "Türk dövlətlərinin müstəqilliklərinin 25 illiyi" medalı ilə təltif edilib.

Rəşad Məmmədov ingilis və rus dillərini bilir. Evlidir, üç övladı var.

Qiymət Mahir

XƏBƏR LENTİ
24 IYUL 2026
Agentlik direktoru Azərbaycanı dünyada təmsil edəcək aşpazlara "pasport"larını təqdim etdi 16:08 “YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatdı 16:06 Salyanda yoxa çıxan çobanın atası Xırdalan qəssabxanasından nə tapdı? - VİDEO 16:00 Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edildi 15:55 Bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ 15:40 Yunan klubunun Rusiya sevdası tribunaları qarışdırdı: Polislə azarkeşlər əlbəyaxa oldu - VİDEO 15:23 Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - DOSYE 15:16 CHP ana müxalifət statusunu itirdi - Türkiyədə müxalifət dəyişdi 15:10 İrana əvvəlkindən daha böyük zərbə yaxınlaşır - Xəbərdarlıq edildi 14:52 Ferstappen Alonsonun karyerasına münasibət bildirdi 14:49 Klopp futbolçulara çağırış etdi: Özünüzü sübut edin 14:37 Çin dayanmır - Yanğınları söndürmək üçün dronlardan su bombaları düzəltdilər - VİDEO 14:34 Rusiyanı peykdən vurdular - Növbə İrana çatır 14:23 Azərbaycan komandası dramatik qələbə ilə finala yüksəldi 14:26 Prezidentin yüksək diplomatik vəzifə verdiyi şəxs kimdir? - DOSYE 14:23 ABŞ İranın Xəzər sahilinə zərbələr endirdi 14:20 Elxan Səmədov yenidən PFL prezidenti seçildi 14:17 İran ordusunun bel sütunu qırıldı, 90 faiz sıradan çıxdı: İDDİA - VİDEO 14:13 Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin yerlərinin sayı 2 dəfədən çox artırıldı 14:15 Rəşad Aslanov İtaliyadakı vəzifəsindən geri çağırılıb, Türkiyəyə təyin edildi 13:52 Rəşad Məmmədov Azərbaycanın Özbəkistanda səfiri təyin edildi 13:49 Kremlin tam çökdürülməsi prosesi başladı - Brüsseldən daha bir zərbə 13:45 Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırıldı 13:45 İpoteka üçün FAİZ dərəcələri dəyişəcək? – AÇIQLAMA 13:43 Ərbil hava limanı yaxınlığında partlayış baş verdi - VİDEO 13:39 Bütün Xəbərlər