Daşkənddə tarixi addım: Azərbaycan Mərkəzi Asiyada söz sahibi olur!

Daşkənddə tarixi addım: Azərbaycan Mərkəzi Asiyada söz sahibi olur!
17.11.2025 14:49 Təhlil

“Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu qoşulması ölkənin geosiyasi və geoiqtisadi mövqelərini yeni mərhələyə daşıyır". 

Politoloq Çingiz Şahbazi bunu TodayPress TV-yə açıqlamasında deyib.


O bildirib ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri məhz Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirak dəvəti ilə bağlı olub və bu addım Azərbaycana adıçəkilən platformada tamhüquqlu status qazandırmaqla mühüm siyasi nailiyyət kimi tarixə düşüb:

“2017-ci ildə Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə yaradılan bu format Mərkəzi Asiya dövlətləri arasında dialoqu, iqtisadi inteqrasiyanı və regional əməkdaşlığı gücləndirməyi hədəfləyir. Azərbaycan əvvəlki illərdə də toplantılarda iştirak edirdi, lakin artıq Azərbaycan–Orta Asiya əməkdaşlıq modeli formalaşaraq rəsmi status qazanıb. Bu, ölkəmizə geosiyasi və geoiqtisadi maraqlarını daha geniş təmin etmək imkanı verir”.

Ekspertin sözlərinə görə, coğrafi olaraq Mərkəzi Asiyadan ayrı olsa da, Azərbaycan Xəzər dənizinin yaratdığı strateji körpü ilə regionun ayrılmaz hissəsinə çevrilib:

“Prezident İlham Əliyevin vurğuladığı kimi, Xəzər dənizi mühüm birləşdirici amildir. Azərbaycan Orta və Mərkəzi Asiyanı Avropa ilə bağlayan əsas tranzit mərkəzidir. Bu səbəbdən sözügedən formata tam qoşulma regional əlaqələrin dərinləşməsinə, strateji tərəfdaşlığın genişlənməsinə böyük töhfə verəcək”.

Ç.Şahbazinin fikrincə, xüsusən Şərq–Qərb nəqliyyat dəhlizində Azərbaycanın rolu əvəzedilməz olduğundan, ölkənin bu platformaya tam inteqrasiyası siyasi reallığın məntiqi nəticəsidir:

“Artıq elə bir mərhələ formalaşıb ki, Azərbaycanın iştirakı olmadan regionda yeni nəqliyyat və logistika layihələrinin reallaşdırılması praktiki olaraq mümkünsüzdür. Prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində Azərbaycan regional liderə çevrilib və Məşvərət Görüşünə tamhüquqlu qoşulması tranzit mövqelərimizi daha da gücləndirir”.

Politoloq qeyd edib ki, bu status həm də iqtisadi əməkdaşlığın yeni imkanlarını açır:

“Bu format sayəsində Mərkəzi Asiya ölkələri yükdaşımalarında Azərbaycan marşrutlarından daha geniş istifadə edə biləcək. “Mərkəzi Asiya + Azərbaycan” əməkdaşlıq modeli geosiyasi inteqrasiyanı, iqtisadi perspektivləri, mədəni yaxınlaşmanı, regional təhlükəsizliyi və sabitliyi gücləndirən strateji çərçivədir”.

Ekspert əlavə edib ki, Azərbaycanın Mərkəzi Asiya sammitlərinə qoşulması ölkənin diplomatik, iqtisadi və logistika imkanlarını daha da genişləndirir:

“Bu proses tranzit rolunun artmasına, investisiya axınının güclənməsinə, mədəni əlaqələrin daha geniş şəkildə inkişafına real zəmin yaradır. Azərbaycanın regionda təsir imkanları artıq yeni mərhələyə qədəm qoyub”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub. Müvafiq qərar Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə qəbul edilib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 Bütün Xəbərlər