Yunan klubunun Rusiya sevdası tribunaları qarışdırdı: Polislə azarkeşlər əlbəyaxa oldu - VİDEO
Polşada keçirilən Dinamo Kiyev – PAOK oyunu zamanı Rusiya bayrağı nümayiş etdirilib.
TodayPress TV xəbər verir ki, Yunanıstan təmsilçisi PAOK-un azarkeşləri qarşılaşma zamanı Rusiya bayrağını tribunada açıb.
NEXTA-nın müxbirinin bildirdiyinə görə, bundan sonra stadionun mühafizə xidməti ilə azarkeşlər arasında insident yaşanıb. Yayılan videolardan birində ukraynalı azarkeşlərin “Ruska kurwa” şüarı səsləndirdiyi eşidilir. İzdihamı sakitləşdirmək üçün təhlükəsizlik qüvvələrinin qazdan istifadə etdiyi bildirilir.
Bundan əvvəl Dinamo Kiyev klubu azarkeşlərinə mümkün təxribatlar səbəbindən Lyublin şəhərində keçirilən səfər oyununa getməməyi tövsiyə etmişdi.
Qarşılaşma Dinamo Kiyevin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Cavab oyunu iyulun 30-da Yunanıstanda keçiriləcək.
Nicat Osmanlı