Yunanlar adalara silahlar yığır - Türkiyə təhdidə necə cavab verəcək?

Yunanlar adalara silahlar yığır  - Türkiyə təhdidə necə cavab verəcək?
24.07.2026 16:30 Təhlil

Yunanıstan bu həftə İsrail texnologiyasına əsaslanan "Achilles Shield" adlı çoxqatlı hava müdafiə sistemini təsdiqləyib. Sistemə İsrail istehsalı radarlar və "Spyder", "Barak MX", "David's Sling" kimi raket kompleksləri daxildir.

Rəsmi məlumatlarda bildirilir ki, Şərqi Egey adalarında yerləşən mövcud radar və pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemləri daha da gücləndiriləcək.

Bu addım Lozanna Müqaviləsini pozur. Belə ki, müqavilə Yunanıstan adalarının (xüsusilə Türkiyəyə yaxın adaların) hərbiləşdirilməsini, yəni orada hərbi baza, ağır silah və raket sistemlərinin yerləşdirilməsini qadağan edir.

Bəs İsrailin Egey adalarını hərbi baza kimi istifadə etmək cəhdi Türkiyəyə qarşı açıq təhdiddirmi?

Sözügedən məsələ ilə bağlı türkiyəli politoloq, beynəlxalq əlaqələr üzrə ekspert İsmail Cingöz TodayPress TV-yə danışıb.


O bildirib ki, Yunanıstanın Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənən və İsrail radarları ilə "SPYDER", "Barak MX" və "David's Sling" kimi çoxqatlı hava hücumundan müdafiə elementlərini özündə birləşdirən "Achilles Shield" (Axilles Qalxanı) layihəsi Türkiyə baxımından Egey və Şərqi Aralıq dənizindəki hərbi və geosiyasi tarazlıqlara birbaşa təsir göstərə biləcək strateji inkişafdır. Türkiyə üçün əsas məsələ bu sistemlərin hansı bölgələrdə yerləşdiriləcəyidir.

"Türkiyənin əsas yanaşmasına görə, Lozanna Sülh Müqaviləsi və digər müvafiq beynəlxalq müqavilələrə əsasən, Şərqi Egey adalarının bir qismi silahsızlaşdırılmış statusda qalmalıdır. Buna baxmayaraq, Yunanıstan uzun illərdir bu adaları faktiki olaraq hərbiləşdirir, burada ağır silahlar, hərbi birləşmələr və təkmilləşdirilmiş müdafiə sistemləri yerləşdirir. Ankara bu addımları beynəlxalq hüquqa və müqavilə şərtlərinə zidd kimi qiymətləndirir", – analitik vurğulayıb.

Ekspert qeyd edib ki, bu çərçivədə İsrail texnologiyasının dövrəyə girməsi mövcud hərbiləşməni yeni və daha yüksək mərhələyə daşıyır.

Çünki müasir radar sistemləri elektron kəşfiyyat, erkən xəbərdarlıq, hədəfin müəyyənləşdirilməsi və geniş əraziləri müşahidə imkanları təmin etməklə strateji üstünlük yaradır.

"Türkiyə sahillərindən cəmi bir neçə kilometr məsafədə yerləşən adalarda bu növ radar və raket sistemlərinin yerləşdirilməsi Türk hava və dəniz qüvvələrinin fasiləsiz müşahidə olunmasına imkan yarada biləcəyi kimi, böhran anlarında Türkiyənin hərəkət sərbəstliyinə də təsir göstərə biləcək hərbi infrastrukturun formalaşmasına gətirib çıxara bilər. Bu səbəbdən Ankaranın belə bir inkişafı milli təhlükəsizliyinə qarşı birbaşa risk kimi qiymətləndirməsi tamamilə başa düşülən yanaşmadır", – İsmail Cingöz deyib.

Politoloq bildirib ki, İsrail–Yunanıstan müdafiə əməkdaşlığının Egey dənizinə daşınması, eyni zamanda Şərqi Aralıq dənizində son illərdə formalaşan strateji bloklaşmanın hərbi sahədə daha çox özünü göstərdiyini nümayiş etdirir.

"Məsələ təkcə Yunanıstanın müdafiə potensialını artırması deyil. Məsələ Türkiyənin təhlükəsizlik mühitində üçüncü ölkələrin yüksək texnologiyalı hərbi sistemlərinin daimi əsaslarla yerləşdirilməsidir.

Türkiyənin milli hava hücumundan müdafiə sistemlərini, elektron mübarizə imkanlarını, uzaqmənzilli raket layihələrini və inteqrasiya olunmuş erkən xəbərdarlıq şəbəkələrini daha da inkişaf etdirməsi qaçılmaz görünür. Son illərdə "SİPER", "HİSAR", "KORKUT", "Çelik Kubbe" layihəsi, eləcə də milli radar sistemlərinə qoyulan sərmayələr də bu təhlükəsizlik anlayışının əyani göstəricisidir". 

O, həmçinin əlavə edib ki,  Yunanıstanın suveren dövlət kimi hava hücumundan müdafiə sistemi əldə etməsi normaldır:

"Burda əsas problem beynəlxalq müqavilələrə əsasən silahsızlaşdırılmış statusa malik adaların yüksək texnologiyalı radar və raket sistemləri ilə hərbiləşdirilməsi və bununla da Egeydəki həssas hərbi tarazlığın Türkiyənin əleyhinə dəyişdirilməsinə cəhd edilməsidir. Belə bir proses yalnız Türkiyə–Yunanıstan münasibətlərinə deyil, NATO-nun cənub cinahındakı təhlükəsizlik memarlığına və Şərqi Aralıq dənizinin gələcək geostrateji tarazlığına da birbaşa təsir etmək potensialına malikdir". 

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Yunanlar adalara silahlar yığır  - Türkiyə təhdidə necə cavab verəcək? — 1
XƏBƏR LENTİ
24 IYUL 2026
“Neftçi”nin taleyini idarə edəcək hakim açıqlandı 17:39 “Zirə”nin Avropa Liqası matçının hakimi bəlli oldu 17:20 MM ABŞ-də Azərbaycan əleyhinə qəbul edilmiş qanun layihəsinə etiraz bildirdi 17:18 UEFA-dan ÇSKA – "Qarabağ" matçı ilə bağlı qərar 17:07 Rusiya Slavyanskı bombaladı: Ölənlər VAR 16:59 "Ölüm saatı" çatdı? - Britaniyanın İrandakı səfirliyini bağlamasının sirri 16:45 “KuPS” - “Sabah” görüşünün hakim təyinatları müəyyənləşdi 16:37 Yunanlar adalara silahlar yığır - Türkiyə təhdidə necə cavab verəcək? 16:30 Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar 16:21 Agentlik direktoru Azərbaycanı dünyada təmsil edəcək aşpazlara "pasport"larını təqdim etdi 16:08 “YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatdı 16:06 Salyanda yoxa çıxan çobanın atası Xırdalan qəssabxanasından nə tapdı? - VİDEO 16:00 Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edildi 15:55 Bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ 15:40 Yunan klubunun Rusiya sevdası tribunaları qarışdırdı: Polislə azarkeşlər əlbəyaxa oldu - VİDEO 15:23 Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - DOSYE 15:16 CHP ana müxalifət statusunu itirdi - Türkiyədə müxalifət dəyişdi 15:10 İrana əvvəlkindən daha böyük zərbə yaxınlaşır - Xəbərdarlıq edildi 14:52 Ferstappen Alonsonun karyerasına münasibət bildirdi 14:49 Klopp futbolçulara çağırış etdi: Özünüzü sübut edin 14:37 Çin dayanmır - Yanğınları söndürmək üçün dronlardan su bombaları düzəltdilər - VİDEO 14:34 Rusiyanı peykdən vurdular - Növbə İrana çatır 14:23 Azərbaycan komandası dramatik qələbə ilə finala yüksəldi 14:26 Prezidentin yüksək diplomatik vəzifə verdiyi şəxs kimdir? - DOSYE 14:23 ABŞ İranın Xəzər sahilinə zərbələr endirdi 14:20 Bütün Xəbərlər