Alimlər təklif etdi: Dünya əhalisi 8 milyarddan 4 milyarda endirilsin - AÇIQLAMA

Alimlər təklif etdi: Dünya əhalisi 8 milyarddan 4 milyarda endirilsin - AÇIQLAMA
11.08.2026 15:39 Sosial

Dünya əhalisinin uzunmüddətli perspektivdə azaldılması ilə bağlı alimlərin səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. Bəzi alimlər qlobal ekoloji tarazlığın qorunması üçün 2200-cü ilədək dünya əhalisinin hazırkı 8 milyarddan çox göstəricidən təxminən 4 milyarda endirilməsini təklif edirlər.

Sosioloq Hüseyn İbrahimov mövzu ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, belə kəskin demoqrafik azalma təklifi ciddi suallar doğurur.


Onun sözlərinə görə, əhalinin sürətli artımının resurs çatışmazlığı yaradacağı barədə fikirlər yeni deyil:

"XVIII əsrin sonunda irəli sürülən Malthus nəzəriyyəsinə əsasən, təbii ehtiyatlar ədədi, əhali isə həndəsi silsilə ilə artır və nəticədə ərzaq çatışmazlığı yarana bilər:

Hazırda dünyada yalnız ərzaq çatışmazlığı ilə bağlı deyil, bundan əlavə, daha geniş problemlər mövcuddur. Texnologiyanın inkişafı ərzaq istehsalında yeni imkanlar yaradıb. Bununla yanaşı, iqlim dəyişiklikləri, ekoloji təhlükəsizlik və resursların qorunması kimi məsələlər daha çox aktuallaşıb".

Sosioloqun fikrincə, hazırda dünya əhalisi 8 milyarddan bir qədər çoxdur və bəzi proqnozlara əsasən, 2100-cü ildə bu rəqəm 11 milyardı keçə bilər.

"İqlim dəyişikliklərinin artdığı bir fonda əhalinin bu qədər sürətlə çoxalması iqlimdə ciddi dəyişikliklərin yaranmasını şərtləndirə və insanların ümumiyyətlə ekoloji cəhətdən sağlam şəraitdə yaşamasını çətinləşdirən amillərin sayını artıra bilər".

Azərbaycanla bağlı danışan ekspert ölkədə əhali artımının mövcud tempinin yaxın və orta perspektivdə ciddi təhlükə yaratmadığını bildirib:

"Ölkəmiz üçün əhalinin artımının bu tempdə davam etməsi gələcək, hətta qarşıdakı yüz il üçün hər hansı ciddi təhlükənin yaranacağını göstərmir. Miqrasiya, müharibələr, qlobal ailə modelləri və iqlim dəyişiklikləri əhali dinamikasına təsir edir. Əsas məqsəd dünya əhalisini süni şəkildə müəyyən rəqəmə endirmək deyil, ölkələr arasında demoqrafik anlaşma və vahid ailə planlaşdırılması modeli formalaşdırmaq olmalıdır. Dünyanın vahid bir ailə planlaşdırılması modelini tapmalıdırlar. Belə bir model həm kəskin demoqrafik problemlərin yaranmasının qarşısını ala bilər, eyni zamanda ailələrdə və nəsillər arasında varisliyin, mədəniyyətlərin və dillərin qorunmasını da şərtləndirə bilər".

O əlavə edib ki, bəzi ölkələrdə ailələrdə uşaq sayı çox olduğu halda, digər ailələrdə ümumiyyətlə uşaq sahibi olmaq istəməyənlər var. Buna görə də qlobal demoqrafik balansın yalnız əhalinin sayını azaltmaqla təmin edilməsini düzgün yanaşma hesab etmir.

"Belə bir modeli formalaşdıra bilmədən, məsələn, 100 il sonra dünya əhalisinin 8 milyarddan 4 milyarda qədər demoqrafik azalma hesabına endirilməsini təklif etmək, təbii ki, burada kifayət qədər absurd elementlərin olduğunu göstərir. Bu, bir qədər kaktus nəzəriyyəsini xatırladır. Malthus nəzəriyyəsini yox, kaktus nəzəriyyəsini xatırladır", - deyə Hüseyn İbrahimov qeyd edib.

Türkan İsgəndərli

 TodayPress TV

PHOTOS

Alimlər təklif etdi: Dünya əhalisi 8 milyarddan 4 milyarda endirilsin - AÇIQLAMA — 1
Alimlər təklif etdi: Dünya əhalisi 8 milyarddan 4 milyarda endirilsin - AÇIQLAMA — 2
NEWS FEED
11 AUGUST 2026
Axundzadə gəlməmiş komandada kütləvi ayrılıq başladı! 17:07 Kolumbiyada zəlzələdən sonra daha 5 təkan: Dağıntılar altında axtarışlar davam edir 16:37 Paşinyanın qızı nazirlikdə işləməyə başladı 17:00 Bakıda bir ildir itkin düşən qadının skeleti tapıldı, oğlu saxlanıldı 17:20 Rusiya bu ölkə ilə hərbi təlimlərə start verdi 16:49 Antonellinin gələcəyi parlaqdır! Kulthard onun üstünlüyünü açıqladı 16:42 ABŞ və Polşa birgə silah istehsal edəcək 16:33 Çempion meydana çıxır! NBA-də yeni mövsümün açılış oyunları bəlli oldu 16:37 Qarpız və qovunu kimlər ehtiyatla yeməlidir? 16:20 Usta kimi işlədiyi evi soydu 16:25 Əraqçi: İran bütün dünyanı təəccübləndirdi 16:10 Maxaçevə böyük etiraf: “Bütün çəki dərəcələrini fəth edir!” 16:12 Günəş tutulması İspaniyada fəlakətlərə yol açacaq - PROQNOZ 15:49 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 Dünya rekordçusundan vida! Polina Rəhimova millidə son oyunlarına çıxacaq 15:53 Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi oldu 15:49 ABŞ ələ keçirdiyi Rusiya gəmilərini Dubayda satdı 15:44 Alimlər təklif etdi: Dünya əhalisi 8 milyarddan 4 milyarda endirilsin - AÇIQLAMA 15:39 Abşeron çimərliklərində sabah hava necə olacaq? 15:31 PSJ yeni qapıçısını tapdı! Sudzuki üçün 35 milyon avro 15:23 Livanda avtomobilə PUA zərbəsi: yaralılar var - VİDEO 15:18 PSJ tarix yazmaq istəyir! Luis Enrike “Real”ın rekorduna göz dikib 15:04 Kobaxidze Moskva ilə münasibətlərin bərpası üçün şərt açıqladı 15:10 Dünya çempionatına buraxılmadı, indi isə tarix yazır! 15:00 Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir 14:51 All News