“Biznesin müflisləşməsi” İşçi qrupunun iclası keçirildi

“Biznesin müflisləşməsi” İşçi qrupunun iclası keçirildi
02.02.2026 17:40 Sosial

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun geniş tərkibli növbəti iclası keçirilib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən TodayPress TV-yə verilən xəbərə görə, görüşdə Ədliyyə və İqtisadiyyat nazirliklərinin, eləcə də Mərkəzi Bankın əməkdaşları, aparıcı hüquq və konsaltinq şirkətlərinin nümayəndələri, İşçi qrupun digər üzvləri, habelə beynəlxalq ekspertlər iştirak ediblər.

Görüşü açıq elan edən İşçi qrupun rəhbəri, ədliyyə nazirinin müavini Abiddin Hüseynov Almaniyadan cəlb olunan müflisləşmə üzrə beynəlxalq ekspertləri - Prof. Dr. Stephan Madaus və Dr. Abbas Abbasovu iclas iştirakçılarına təqdim edib.

Beynəlxalq ekspertlər sağlamlaşdırma və müflisləşmə sahəsində qabaqcıl beynəlxalq yanaşmalar, onların tətbiqi imkanları, bu sahədə mövcud olan problemlər və digər məsələlər barədə məlumat veriblər.

Həmçinin görüş zamanı tematik qrup tərəfindən hazırlanan “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsi üzrə beynəlxalq ekspertlərin tövsiyələri dinlənilib.

Eyni zamanda, görüşdə iclas iştirakçılarının bu sahə ilə bağlı maraq doğuran sualları beynəlxalq ekspertlər tərəfindən cavablandırılıb.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Bütün Xəbərlər