Azərbaycan nefti enişə davam edir - Son qiymət AÇIQLANDI

Azərbaycan nefti enişə davam edir - Son qiymət AÇIQLANDI
24.06.2026 10:45 Sənaye və energetika

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,67 ABŞ dolları və ya 0,83 % azalaraq 79,76 ABŞ dolları təşkil edib.

Bu barədə TodayPress TV-yə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 75,39 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,78 ABŞ dolları və ya 1 % azalaraq 77,35 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

TodayPress TV

NEWS FEED
13 AUGUST 2026
Paşinyan Simonyana yeni vəzifə verdi 13:48 ABŞ və Yaponiya Çinə qarşı nəhəng layihəyə hazırlaşır: Dünyanın ən dərin mədəni tikiləcək 13:35 Paşinyan: “Dostluq şəraitində həll istəyirik” 13:43 Piastri zirvəyə gedən yolu açıqladı: “Yeni şeylər sınayıram” 13:35 “Atletiko”nun əsas hücumçusu mövsümün əvvəlində sıradan çıxdı 13:30 Paşinyan Ermənistandan Azərbaycana ixracla bağlı danışdı 13:27 Metroda məhdudiyyətlər tələbələrin avtobuslardan istifadəsini artıracaq – Güzəştlər olacaq? 13:09 “Ən gərgin rəqabət III qrupda olacaq: 5 min abituriyent ali məktəbə qəbul olmayacaq” 13:04 Sabah hava necə olacaq ? 12:55 “Avroviziya 2027”nin keçiriləcəyi yer təsdiqləndi 12:51 Prezident: Regionda sülh gündəliyi Azərbaycanın təşəbbüsü ilə başladılıb 12:43 Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi 12:37 Ermənistan hərbçisi güllələnmiş vəziyyətdə tapıldı 12:31 DİQQƏT: Metronun iş rejimi dəyişir 12:24 Bir illik sülhdən sonra ilk ünvan: NAXÇIVAN 12:12 SON DƏQİQƏ: Qardaş ölkədə şiddətli zəlzələ oldu 12:18 Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi 12:11 NBA əfsanəsinə sərvət təklifi: 3 günə 100 min dollar! 12:07 İran Trampın təyyarəsini vurmaq istəyib? - ŞOK SSENARİ 11:57 “Everton”un gənc futbolçusu mərc qalmaqalının mərkəzində! 11:47 Xocalıda insan sümüyünə bənzər qalıqlar tapıldı 11:40 Gənc şahmatçılarımızdan möhtəşəm nəticə: Avropa çempionatına yollandılar! 11:29 Tarixin ən isti avqustunu yaşayırıq 11:22 Pensiyalarla bağlı şad xəbər - Bu tarixdən... 11:09 Qatar vuruldu, iki maşinist öldü - VİDEO 10:53 All News