Bakıda növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq

Bakıda növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq
14.08.2025 09:39 Kənd Təsərrüfatı

Avqustun 16-ı və 17-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” yarmarkası keçiriləcək.

TodayPress TV xəbər verir ki, ənənəvi olaraq təşkil olunan bu yarmarka həm yerli fermerlərin satış imkanlarının genişləndirilməsini, həm də şəhər sakinlərinin sağlam və təbii məhsullarla təmin olunmasını hədəfləyir.

Tədbirdə ölkənin müxtəlif bölgələrindən təxminən 20 rayondan 30-a yaxın fermer iştirak edəcək. Fermerlər 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu şəhər sakinlərinə birbaşa təqdim edəcəklər.

Məhsulların təhlükəsizliyinə və keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Hər hansı sualı olan alıcılar isə ərazidə fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları yerindəcə analiz etdirə biləcəklər.

Yarmarka saat 09:00-dan 19:00-dək, iki gün ərzində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.

Qeyd edək ki, iştirak edən fermerlərə piştaxtalar, tərəzilər və digər vacib avadanlıqlar ödənişsiz şəkildə təqdim olunur.

XƏBƏR LENTİ
07 AVQUST 2026
Yəməndə 2022-ci ildən bəri ən ciddi qarşıdurma: Husilər hücuma keçdi 09:36 Şotlandiyanı fəth edən Eva Olid indi “Yunayted”dədir 09:35 Sabiq ingiltərəli referiyə Türkiyədən etimad göstərildi 09:29 Martin O'Nillə bağlı üzücü xəbər açıqlandı 09:20 "Azəristiliktəchizat"dan əhaliyə xəbərdarlıq: Mənzillərdə bu işləri təcili tamamlayın 09:24 Rodrinin qərarı transfer bazarını silkələdi 09:14 Bakının bəzi ərazilərində işıq olmayacaq 09:10 Sobolenko fenomenal forması ilə hamını heyrətləndirir! 09:04 "Porsche"dən inanılmaz sınaq: Nəhəng təyyarənin altından keçdi - VİDEO 08:42 “Bordo” müqavilə yenilədiyi məşqçini cəmi bir ay sonra qovdu! 09:01 Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq 08:34 Səs-küylü Harden işində gözlənilməz qərar verildi 09:17 Ukraynadan 2 min kilometrlik zərbə - Anbaan video 08:29 Qara dənizdə yükdaşımalar dayanır: Dünya ərzaq böhranı təhlükəsi artır 08:19 Yağış suyu isti havalarla mübarizə apara bilər 08:12 Əhaliyə XƏBƏRDARLIQ! Bu ərazilərdə qaz kəsiləcək 23:23 Bu tarixdə doğulanlar diqqət mərkəzində olmağı sevirlər 00:01 Hər gün yediyiniz qidalar arasında xolesterinə faydalı olanlar varmış! 23:32 Nüvə reaktorları 80 il işləyə bilər - Alimlərdən açıqlama 23:27 Saturnun peykində qəribə hadisə: Planet göydə sanki “asılıb” qalıb 23:10 Qədim Roma teatrı deyə turistləri apardı: Abidəni özü tikibmiş 23:05 Çinlilər səhranın ortasında meşə saldılar 22:48 Tramp: “Bütün dünya məhv olacaq” 00:38 Fedorov: “Öz ballistik raketimiz hədəfi birbaşa vurdu” 00:33 “Xəzər dənizini münaqişə zonasına çevirməyin!” - Türkiyədən kritik çağırış 00:13 Bütün Xəbərlər