Ronaldo fanatları səhvən başqa cütlüyün toyuna gəlib xaos yaratdılar

Ronaldo fanatları səhvən başqa cütlüyün toyuna gəlib xaos yaratdılar
11.08.2026 09:41 İdman

Minlərlə Kriştianu Ronaldonun azarkeşi onun Corcina Rodrigeslə toy mərasiminin keçiriləcəyini düşünərək Portuqaliyanın Madeyra adasındakı Funşal şəhərinin kafedral kilsəsinin qarşısına toplaşıb.

TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. 

Bildirilib ki, son bir həftə ərzində mediada və sosial şəbəkələrdə Ronaldonun və Corcina Rodrigesin avqustun 8-də futbolçunun vətənində evlənəcəkləri barədə məlumatlar yayılıb. Bu xəbərlərdən sonra minlərlə azarkeş və jurnalist futbolçu ilə gələcək həyat yoldaşını görmək ümidi ilə kilsənin qarşısında toplaşıb.

Lakin kilsəyə gələn gəlin Corcina Rodriges deyil, Nikol adlı başqa qadın olub. Onu içəridə Fabiу adlı nişanlısı gözləyib.

Kafedral kilsə daha sonra sosial şəbəkədə yayımladığı açıqlamada həmin gün nikah bağlayan şəxslərin məhz Nikol və Fabiу olduğunu təsdiqləyib. Bildirilib ki, çoxsaylı jurnalist və turistlərin toplaşması səbəbindən kilsənin qarşısında izdiham yaranıb və gəlinin içəri daxil olması çətinləşib.

İzdihamın qarşısını almaq və cütlüyün mərasimi rahat keçirməsi üçün kilsə hətta bir müddət bağlanıb.

Kilsənin açıqlamasında bu cür vəziyyətin əvvəllər heç vaxt yaşanmadığı bildirilib.

Hadisəyə Kriştianu Ronaldo da sosial şəbəkədə gülüş emojiləri ilə reaksiya verib.

Qeyd edək ki, avqustun əvvəlində Britaniyanın “The Sun” tabloidi Ronaldonun və Rodrigesin avqustun 8-də Madeyrada toy mərasimi keçirməyə hazırlaşdıqlarını yazmışdı. Lakin bu məlumat rəsmi şəkildə təsdiqlənməmişdi

Namiq HUN

PHOTOS

Ronaldo fanatları səhvən başqa cütlüyün toyuna gəlib xaos yaratdılar — 1
NEWS FEED
11 AUGUST 2026
“Qalatasaray” Ukrayna millisinin gənc ulduzunu istəyir! 11:44 Böyrək daşı riskini artıran qidalar açıqlandı 11:11 Xəzəryanı ölkələr İranda toplanacaq 11:51 FIFA-da qalmaqal fonunda Trampdan İnfantinoya açıq dəstək! 11:33 Canlı efirdə Britaniya kralının ölüm xəbəri yayımlandı 11:38 Duşan Vlahoviç Türkiyəyə gəlir! “Beşiktaş”la razılıq əldə olundu 11:29 Sosial jetlag yuxu rejimini poza bilər 11:07 Ədliyyə sistemində dəyişiklik edildi 11:18 Harri Keyn Münhendə qalır! “Bavariya”dan uzunmüddətli plan 11:15 Qaluzin Ermənistanla bağlı açıqlama verdi 11:12 Həbibin Makqreqora qəzəbi bitmir! Kormye səbəbi açıqladı 11:05 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 "Avtomobilləri arxadan çəkən radar"la bağlı NİİM-dən AÇIQLAMA 10:51 Rusiyanın ən iri neft zavodlarından birinə PUA hücumu - VİDEO 10:43 Bu günə olan valyuta məzənnələri 10:28 Azərbaycan neftinin qiyməti 95 dolları ötdü 10:22 Bakıda avtomobil salonunda yanğın olub - VİDEO 10:18 Yeni radar avtomobilləri arxadan da çəkəcək ? - VİDEO 10:10 Qızıl və gümüş daha da bahalaşdı 10:03 “Sabah” Çempionlar Liqasında tarix yazmaq üçün meydana çıxır! 09:56 Voronejdə PUA hücumu: ölən və yaralananlar var - VİDEO 09:53 Dünya ulduzu “Fənərbağça”ya gəlir! Lukaku üçün son detallar 09:28 Dünya fond bazarlarının bu günkü mənzərəsi 09:25 Ronaldo fanatları səhvən başqa cütlüyün toyuna gəlib xaos yaratdılar 09:41 Ukrayna Putinin sarayını qoruyan kompleksi vurdu 09:38 All News