Sosial jetlag yuxu rejimini poza bilər
Həftə içi və həftəsonları yuxu rejiminin kəskin şəkildə dəyişməsi insanın bioloji saatına mənfi təsir göstərə bilər.
TodayPress TV xəbər verir ki, mütəxəssislər bu vəziyyəti saat qurşağının dəyişməsi nəticəsində yaranan adi jetlagla (uçuş yorgunluğu) müqayisə edərək “sosial jetlag” adlandırırlar.
Mütəxəssislərin sözlərinə görə, həftəsonları uzun müddət yatmaq iş günlərində yuxu qrafikinin daha da pozulmasına səbəb ola bilər. Bu səbəbdən hər gün, o cümlədən həftəsonları, mümkün qədər eyni vaxtda oyanmaq tövsiyə edilir. Ən azı həftəsonlarında oyanma saatının iş günlərindən 1-2 saatdan çox fərqlənməməsi məsləhət görülür.
Sosial jetlagın qarşısını almağın ən effektiv yollarından biri isə insanın xronotipinə, yəni fərdi yuxu və oyanma ritminə uyğun iş rejimi seçməsidir. Bu halda bioloji saatla gündəlik fəaliyyətlər arasında uyğunsuzluq daha az müşahidə oluna bilər.
Türkan İsgəndərli