Həbibin Makqreqora qəzəbi bitmir! Kormye səbəbi açıqladı

Həbibin Makqreqora qəzəbi bitmir! Kormye səbəbi açıqladı
11.08.2026 11:05 İdman

UFC-nin Şöhrət Zalının üzvü, keçmiş yarımağır və ağır çəkidə UFC çempionu, hazırda isə təşkilatda analitik və şərhçi kimi fəaliyyət göstərən amerikalı Daniel Kormye Həbib Nurməhəmmədovun Konor Makqreqoru niyə heç vaxt bağışlamayacağını açıqlayıb.

TodayPress TV xəbər verir ki, Kormye bu barədə “ALF Global”a müsahibəsində danışıb.

O, Həbibin komandası ilə yaxın münasibətlərinin olduğunu və onların dini inanclarına, ailələrinə yüksək səviyyədə bağlı olduqlarını bildirib.

Kormyenin sözlərinə görə, Makqreqorun etdiyi hərəkətlərdən sonra Həbibin onu bağışlaması mümkün deyil:

“Xəbərim var ki, Həbibin komandasındakı qardaşlarım dinlərinə, inanclarına və ailələrinə nə qədər sadiqdirlər. Buna görə də belə hərəkətlər etdikdə geriyə yol qalmır. Həbib Konora mənim Con Consla davrandığım kimi münasibət göstərə bilməz. O, Konora qarşı çox sərt davranmaq istəyərdi və komandadakı digər şəxslər də eyni hissləri keçirirdilər”.

Kormye əlavə edib ki, Həbiblə Makqreqor arasındakı vəziyyət onun Con Consla münasibətlərinə bənzəyir. Lakin onun fikrincə, amerikalıların bu məsələyə yanaşması fərqlidir.

Namiq HUN

XƏBƏR LENTİ
11 AVQUST 2026
Böyrək daşı riskini artıran qidalar açıqlandı 11:11 Xəzəryanı ölkələr İranda toplanacaq 11:51 FIFA-da qalmaqal fonunda Trampdan İnfantinoya açıq dəstək! 11:33 Canlı efirdə Britaniya kralının ölüm xəbəri yayımlandı 11:38 Duşan Vlahoviç Türkiyəyə gəlir! “Beşiktaş”la razılıq əldə olundu 11:29 Sosial jetlag yuxu rejimini poza bilər 11:07 Ədliyyə sistemində dəyişiklik edildi 11:18 Harri Keyn Münhendə qalır! “Bavariya”dan uzunmüddətli plan 11:15 Qaluzin Ermənistanla bağlı açıqlama verdi 11:12 Həbibin Makqreqora qəzəbi bitmir! Kormye səbəbi açıqladı 11:05 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 "Avtomobilləri arxadan çəkən radar"la bağlı NİİM-dən AÇIQLAMA 10:51 Rusiyanın ən iri neft zavodlarından birinə PUA hücumu - VİDEO 10:43 Bu günə olan valyuta məzənnələri 10:28 Azərbaycan neftinin qiyməti 95 dolları ötdü 10:22 Bakıda avtomobil salonunda yanğın olub - VİDEO 10:18 Yeni radar avtomobilləri arxadan da çəkəcək ? - VİDEO 10:10 Qızıl və gümüş daha da bahalaşdı 10:03 “Sabah” Çempionlar Liqasında tarix yazmaq üçün meydana çıxır! 09:56 Voronejdə PUA hücumu: ölən və yaralananlar var - VİDEO 09:53 Dünya ulduzu “Fənərbağça”ya gəlir! Lukaku üçün son detallar 09:28 Dünya fond bazarlarının bu günkü mənzərəsi 09:25 Ronaldo fanatları səhvən başqa cütlüyün toyuna gəlib xaos yaratdılar 09:41 Ukrayna Putinin sarayını qoruyan kompleksi vurdu 09:38 Buzovnada dənizdən meyit tapıldı 09:19 Bütün Xəbərlər