Rekorddan diskvalifikasiyaya: məşhur atlet dopinqə görə cəzalandırıldı

Rekorddan diskvalifikasiyaya: məşhur atlet dopinqə görə cəzalandırıldı
06.02.2026 14:00 İdman

16 kilometr məsafəyə qaçış üzrə dünya rekordunun sahibi olan keniyalı atlet Bernard Kibet antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilib.

TodayPress TV xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Araşdırmalar zamanı idmançıdan 2024-cü ilin yayında götürülmüş qan nümunələrində qeydə alınan kəskin dəyişikliklər dopinqdən istifadə ilə bağlı şübhələr yaradıb. Məlumata görə, həmin dəyişikliklər “Paris-2024” Yay Olimpiya Oyunları dövrünə təsadüf edib.

Nəticədə Bernard Kibetin Olimpiadada 10 kilometr məsafəyə qaçış üzrə əldə etdiyi 5-ci yer ləğv olunub. Tibbi ekspertiza atletin antidopinq qaydalarını pozduğunu təsdiqləyib.

Xatırladaq ki, Bernard Kibet 2022-ci ildə Yaponiyada keçirilən yarışda 16 kilometr məsafəni 44 dəqiqə 4 saniyəyə qət edərək dünya rekordu müəyyənləşdirmişdi.

Namiq HUN

TodayPress TV

NEWS FEED
08 AUGUST 2026
Qlobal ərzaq qiymətləri artdı: 2023-cü ildən bəri ən yüksək səviyyə! 00:23 "Google Assistant" silinir, yerinə bu gəlir! 00:02 Dərmanlara ehtiyacı azaldan üsul tapıldı! - Alimlərdən vacib tövsiyələr 23:51 Cərrahi əməliyyatdan sonra ölən şəxslə bağlı CİNAYƏT İŞİ AÇILDI 00:16 17 yaşlı qızın toy mərasimi təxirə salındı, çəkiliş heyətinə hücum edildi - VİDEO 19:41 Tramp bal zalının tikintisi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək 23:44 Tarixi Vaşinqton Bəyannaməsindən BİR İL ÖTÜR 00:07 Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim" 23:28 "Müharibə niyyətimiz yoxdur, amma..." - Pezeşkian 23:31 İtaliya İspaniya ilə sərhəddə nəzarəti LƏĞV ETMİR 23:24 Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı 23:21 ABŞ ordusundan 400 milyonluq anlaşma 23:14 "Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat 23:07 Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ 22:52 "Özümüzə güvənməyin vaxtıdır" - Əraqçi 22:46 Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək? 22:33 Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ 22:17 Qara dənizdə Türkiyə gəmisi VURULDU 22:11 22:10 Sadəcə qələbə kifayət deyil: Azərbaycan Cənubi Qafqazın oyun qaydasını necə yenidən yazdı? 22:03 Cəbrayılın iki kəndi alova büründü 21:52 Yaxın günlərdə ATƏŞKƏS ola bilər - Bessent ELAN ETDİ 21:47 Səudiyyə Ərəbistanı ABŞ tankerlərindən imtina edir - İDDİA 21:35 İranda PARTLAYIŞ: Hərbçilər hədəf alındı, ölənlər var 21:31 Rusiya və İrana qarşı yeni sanksiyalar TƏSDİQLƏNDİ 21:18 All News