“Qızıl top” sahibi PSJ-ni seçdi

“Qızıl top” sahibi PSJ-ni seçdi
28.07.2026 10:23 İdman

PSJ klubunun və Fransa millisinin vingeri Usman Dembele bu yay “Əl-Hilal”ın sərfəli transfer təklifini geri çevirib.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist və insayder Saşa Tavolyeri “X” sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 2025-ci ilin “Qızıl top” mükafatının sahibi yaxın vaxtlarda PSJ ilə yeni müqavilə imzalayacaq.

Dembele 2025/2026 mövsümündə bütün turnirlərdə 40 oyunda meydana çıxaraq 20 qol vurub və 11 məhsuldar ötürmə edib.

2026-cı il dünya çempionatında isə fransalı futbolçu səkkiz matçda iştirak edib. O, yeddi görüşə start heyətində başlayıb, beşində əvəzlənib. Turnir ərzində Dembele 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 28 yaşlı futbolçunun PSJ ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında onun bazar dəyəri 100 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

NEWS FEED
28 JULY 2026
Media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi təşkil edildi 13:12 40 dərəcə isti olacaq - SABAHIN HAVASI 13:00 Türkiyə Gümrüyə gedən dəmir yolunu bərpa edir - İş başlandı 12:55 Əfsanəvi Mourinyonun sirrləri ilk dəfə üzə çıxacaq 12:51 Putin Prezident İlham Əliyevə zəng etdi 12:44 Karrinin gələcəyi ilə bağlı iddialara son nöqtə qoyuldu 12:38 Tehran yardım adı ilə əhaliyə arxalarındakı dövlətin Azərbaycan yox, İran olması təbliğatını aparıb 12:30 LeBron üçün yeni missiya: “Filadelfiya”da hər şey ona tapşırılacaq 12:11 XİN Perunu Milli Günü münasibətilə təbrik etdi 12:01 Yaponiyada güclü zəlzələ oldu - Sunami təhlükəsi elan edilib 11:53 XİN-dən Zaxarovanın fikirlərinə sərt reaksiya: SON QOYULMALIDIR! 11:48 Güney Azərbaycan niyə İranın boğazında qaldı? 11:34 İranda "Güney Azərbaycan" ifadəsi zəlzələ yaratdı - AZTV-yə hücumun şifrələri 11:28 Məşq faciə ilə başa çatdı: norveçli idmançı həyatını itirdi 11:27 Səyyar ASAN xidmət Laçında 11:24 Vaxt uzadan qapıçılar artıq cəzasız qalmayacaq 11:17 İranda Azərbaycandan çox yəhudi yaşayır, nədir bu nifrət, Tehran?! 11:11 Tramp Abe Hamadehin Azərbaycana səfəri barədə məqaləsini öz səhifəsində paylaşdı 11:10 Leau üçün yeni yarış: “Fənərbağça” da sıraya qoşuldu 11:06 SEPAH həddini aşdı - Azərbaycanı İran cəhənnəminə daxil etmək üçün bombalanmış gəmilərdən istifadə etdilər 11:00 US Open öncəsi Sabalenkadan maraqlı məşq görüntüləri 10:52 Addainin yeni ünvanı hər kəsi təəccübləndirdi 10:36 “Qızıl top” sahibi PSJ-ni seçdi 10:23 Küləkli hava davam edir - FAKTİKİ HAVA 10:21 “Arsenal” Vinisius bombasını partlatmağa hazırlaşır 10:14 All News