Kiyev klubundan UEFA-ya çağırış: Təxribatı araşdırın

Kiyev klubundan UEFA-ya çağırış: Təxribatı araşdırın
27.07.2026 09:44 İdman

“Dinamo Kiyev” klubu Avropa Liqasının II təsnifat mərhələsində PAOK-la keçirilən ilk oyunda tribunada Rusiya bayrağının nümayiş etdirilməsi ilə bağlı UEFA-ya rəsmi etiraz göndərib.

TodayPress TV xəbər verir ki, Ukrayna təmsilçisi bununla bağlı rəsmi bəyanat yayıb.

Bəyanatda bildirilir ki, iyulun 23-də keçirilən və PAOK-un 3:2 hesablı qələbəsi ilə başa çatan qarşılaşma zamanı Yunanıstan təmsilçisinin bəzi azarkeşləri tribunada Rusiya bayrağı qaldırıblar. Klub bu hadisənin UEFA-nın müvafiq intizam orqanları tərəfindən araşdırılmasını tələb edib.

“Dinamo” həmçinin qeyd edib ki, PAOK-un bəzi futbolçuları da azarkeşlərə müraciət edərək Rusiya simvollarını tribunadan yığışdırmağa çağırıblar.

Kiyev təmsilçisi bəyanatında futbolun xalqları birləşdirən vasitə olduğunu vurğulayaraq, UEFA-nı cavab oyunu öncəsi hadisəyə prinsipial qiymət verməyə çağırıb.

Qeyd edək ki, UEFA daha əvvəl Rusiya klublarını Avropa turnirlərindən kənarlaşdırıb. “Dinamo Kiyev” klubunun  rəhbərliyi qurumu irqçilik və ksenofobiya hallarına göstərdiyi həssaslığı bu hadisəyə münasibətdə də nümayiş etdirməyə səsləyib.

Namiq HUN

TodayPress TV

NEWS FEED
27 JULY 2026
Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub? 12:52 41 ildən sonra həbsdən çıxıb generalları rəzil etdi – Fransanı Misirə qatdı 12:43 Temperatur kəskin yüksələcək - SABAHIN HAVASI 12:36 Ferstappendən Macarıstan Qran-prisi ilə bağlı diqqətçəkən açıqlama 12:29 Bakıda jurnalist zibillənmiş çimərlikləri təmizlədi – İctimai yerlər niyə bu hala salınır? 12:12 Xəzərdə batan müstəntiq vəzifəli şəxsin oğlu imiş - FOTO 12:05 Məşhur şairimizin "İslamla Turan qurmaq olmaz" sözləri sosial şəbəkələri qarışdırdı - VİDEO 11:59 BakuBus 1460 azn maaşa qadın sürücü axtarır 11:56 Mədəniyyət naziri kitabxanaçıları attestasiya adı ilə işsiz qoydu – Etibar Əliyev 11:54 Səudiyyə Ərəbistanının ən strateji neft zavodu vuruldu, 48 saatdır söndürmək mümkün olmur - FOTO 11:51 Azərbaycanın dövlət borcu açıqlandı 11:42 Psixoloqlar xoşbəxt olmağa mane olan 7 düşüncə tərzini açıqladı 11:36 Azərbaycanlı keçmiş məmur Almaniyada 15 milyon avroya necə bina tikə bilər? 11:18 "Qərb mənimlə ərəb olduğum üçün mübarizə apardı, ərəblər isə qadın olduğuma görə" — Zaha Hadid 11:16 Xalq artisti söyüş söydüyünə görə 40 illik həyat yoldaşı olan qadını boşadı 11:04 Pogaçar: Dopinq yoxlamasına supermarketə gedirmiş kimi gedirəm 11:01 Gənc tennisçi: Ən böyük qorxum özümü məyus etməkdir 10:58 Müharibə Xəzər dənizinə sıçradı: Hörmüz və Qırmızı dənizdən sonra Xəzərdə silahlar açıldı 10:56 Şahin Bağırov polkovnikə yüksək VƏZİFƏ VERDİ - FOTO 10:45 Ermənilərdən təmizlənən Qarabağın meşələri vətəndaşlarımız ucbatından zibil qoxuyur – Jurnalistdən sərt tənqid 10:43 Azərbaycanlı FIFA referisi UEFA-da oyunu idarə edəcək 10:39 Dana Uayt Makqreqorla bağlı pis xəbəri açıqladı 10:37 Səddam və Xomeyni milyona yaxın Azərbaycan türkünü cəbhədə bir-birinə qırdırdı – Tarixin gizli üzü 10:31 Transfer bombası: “Real” Rodri üçün hərəkətə keçdi 10:25 Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır 10:23 All News