Gənc tennisçi: Ən böyük qorxum özümü məyus etməkdir

Gənc tennisçi: Ən böyük qorxum özümü məyus etməkdir
27.07.2026 10:58 İdman

Dünya reytinqində 29-cu pillədə qərarlaşan filippinli tennisçi Aleksandra Eala uğurlu çıxışlarından sonra üzərindəki təzyiqin artdığını etiraf edib.

TodayPress TV xəbər verir ki, “Tennis Head” nəşrinə danışan Eala böyük dəstək görməsinin ona əlavə məsuliyyət yüklədiyini bildirib:

“Əlbəttə ki, təzyiq var. Mənə göstərilən böyük dəstək səbəbindən bu təzyiq daha da artır, çünki heç kimi məyus etmək istəmirəm. Buna görə hər kəsə səmimi qəlbdən minnətdaram”.

Onun sözlərinə görə, təzyiq hər bir insanın həyatının bir hissəsidir və peşəkar idmançılar bunu daha çox hiss etsələr də, bunun öhdəsindən gəlməyi öyrənməlidirlər.

“Son bir ildə təzyiq xeyli artıb. Amma insanların mənə “Filippinin qürurusan” deməsinə həddindən artıq önəm verməməyə çalışıram. Bunun başımı döndərməsini istəmirəm”, – deyə Eala vurğulayıb.

Filippinli tennisçi əlavə edib ki, onun üçün ən böyük təzyiq başqalarını deyil, ilk növbədə özünü məyus etməməkdir.

“Mənim arzularımın gerçəkləşməsini məndən çox istəyən yoxdur. Uğurumu hamıdan çox mən istəyirəm. Ən böyük təzyiq özümü məyus etməməkdir. Təbii ki, mənə dəstək olan insanları da məyus etmək istəmirəm”, – deyə Eala sözlərini yekunlaşdırıb.

Namiq HUN

TodayPress TV

NEWS FEED
27 JULY 2026
Qaytarıla bilməyən kreditlər bağlana bilərmi? 14:18 Prezidentin Türkiyədə yüksək vəzifə verdiyi şəxs kimdir? – DOSYE 14:14 Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar 13:59 Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır 13:54 U-15 dünya çempionatının təşkili ilə bağlı Sərəncam imzalandı 13:51 Ermənilərin atdığı heç bir güllə Fred Asifə dəymirdi... 13:50 Hökməli zibilə batıb - Qoxudan qəsəbəyə girmək olmur 13:43 İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - SƏRƏNCAM 13:36 Dünya çempionatının final hakimi səhnədən getdi 13:29 Ukraynadan tarixi dəyişdirən hesabat - Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı inhisarına son qoyub 13:27 Rektor 670 bal yığan qazaxlı abituriyenti Neft Məktəbini seçməsi üçün razı salmağa çalışır 13:16 Bakı Qızlar Universitetinin bağlanma xəbəri böyük etirazlar doğurdu 13:11 Kraudfandinq platforması ilə bağlı dövlət rüsumu müəyyənləşdi 13:07 PSJ-nin gənc ulduzu İngiltərə nəhənglərinin radarında 13:04 Şəhid oğlu Qarabağı, anası isə qızını xilas etdi... 13:00 Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub? 12:52 41 ildən sonra həbsdən çıxıb generalları rəzil etdi – Fransanı Misirə qatdı 12:43 Temperatur kəskin yüksələcək - SABAHIN HAVASI 12:36 Ferstappendən Macarıstan Qran-prisi ilə bağlı diqqətçəkən açıqlama 12:29 Bakıda jurnalist zibillənmiş çimərlikləri təmizlədi – İctimai yerlər niyə bu hala salınır? 12:12 Xəzərdə batan müstəntiq vəzifəli şəxsin oğlu imiş - FOTO 12:05 Məşhur şairimizin "İslamla Turan qurmaq olmaz" sözləri sosial şəbəkələri qarışdırdı - VİDEO 11:59 BakuBus 1460 azn maaşa qadın sürücü axtarır 11:56 Mədəniyyət naziri kitabxanaçıları attestasiya adı ilə işsiz qoydu – Etibar Əliyev 11:54 Səudiyyə Ərəbistanının ən strateji neft zavodu vuruldu, 48 saatdır söndürmək mümkün olmur - FOTO 11:51 All News