“Fənərbağça” Lukaku transferini bitirməyə çox yaxındır!

“Fənərbağça” Lukaku transferini bitirməyə çox yaxındır!
10.08.2026 09:10 İdman

“Napoli”nin hücumçusu Romelu Lukaku “Fənərbağça”ya keçməyə razılıq verib. 

TodayPress TV xəbər verir ki, bu barədə insayder Matteo Moretto sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, 33 yaşlı belçikalı futbolçu ilə İstanbul təmsilçisi mümkün transferin şəxsi şərtləri üzrə tam razılığa gəlib. İndi “Fənərbağça” Lukakunun transferi ilə bağlı “Napoli” ilə danışıqlar aparır.

Türkiyə klubu hücumçu üçün artıq ilk təklifini göndərib. “Fənərbağça”nın təklifi təxminən 6 milyon avro təşkil edir. “Napoli” isə Lukakunun satışından 12 milyon avro qazanmaq istəyir.

Belçikalı futbolçunun Neapol təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Daha əvvəl Lukakunun komandanın mövsümöncəsi hazırlıq toplanışına qoşulmadığı və “Napoli”nin hücumçunu 10 milyon avroya buraxmağa hazır olduğu bildirilmişdi.

Qeyd edək ki, Lukaku ötən mövsüm “Napoli”nin heyətində 5 oyunda meydana çıxıb, 1 qol vurub və 1 sarı vərəqə alıb.

Namiq HUN

TodayPress TV

NEWS FEED
10 AUGUST 2026
Pezeşkian Azərbaycan dilində danışdı, tənqid olundu 11:01 Bakıda əmlak bazarı ilə bağlı YENİ PROQNOZ: İpoteka və qiymətlər... 10:52 Rocer Federer gündəmdə: 45 yaşlı əfsanədən yeni fotolar 10:40 “Qalatasaray” Batrakovdan vaz keçdi: Yeni hədəf müəyyənləşdi! 10:32 Azərbaycan Borçalını itirdi? 10:29 925 yanğın hadisəsi baş verdi: FHN 43 nəfərin həyatını xilas etdi 10:10 Alonsonun gələcəyi ilə bağlı açıqlama: “O, hələ buna layiqdir” 09:59 Jurnalistin ruslarla bağlı dediyi söz işdən çıxarılmasına səbəb ola bilər 09:54 Bakıdakı “yəhudi”nin qurbanları: sensasion adlar – Deputat, iş adamı, zəngin qadınlar… 09:52 Pereyra və Oliveyra ilə görüş üçün böyük məbləğ ödənildi! 09:48 Oman sahillərində neft tankeri batdı: 800 kvadratkilometr ərazi çirkləndi 09:45 Nunyes üçün Türkiyə macərası: Salahla eyni komandada! 09:36 WNBA tarixində yeni rekord: Bir oyunda 10 üçlük! 09:24 Yaponiya orduda yeni mərhələyə keçir: Radar və döyüş təyyarələri süni intellektlə qorunacaq 09:33 Arauxonun “Liverpul”a keçidi gündəmdə: Flikdən etiraf! 09:22 Britaniyanın milyonlarla funtluq fosil xəzinəsi Əbu-Dabiyə satıldı 09:19 “Fənərbağça” Lukaku transferini bitirməyə çox yaxındır! 08:47 Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə… – AÇIQLAMA 08:57 Reşfordun taleyi bəlli oldu: Yalnız nəhəng təklif ayıra bilər! 08:41 Paytaxtın bu ərazilərində işıq olmayacaq 08:38 Messidən Argentina mediasına qarşı sərt qərar! 08:30 Tatarıstanda PUA həyəcanı: Neft emalı zavoduna hücum edildi - VİDEO 08:26 Cüdo millimiz Avropada növbəti uğura imza atdı! 08:18 Sərnişinlərin DİQQƏTİNƏ: 11 avtobusun dayanacağı dəyişir 21:43 Masallı sakinlərinin NƏZƏRİNƏ! Bu kəndlər qazsız qalacaq 22:06 All News