DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu - VİDEO
Futbol üzrə dünya çempionatında Mərakeş Kanadaya qalib gəlib.
TodayPress TV xəbər verir ki, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
Komandanın heyətində 50 və 82-ci dəqiqələrdə Azzedin Unhai fərqlənməklə dubla imza atıb. Yekun nəticəni isə 90+8-ci dəqiqədə Sufyan Rahimi müəyyənləşdirib.
Cari mundialda ilk 1/4 finalçı olan Mərakeş bu raundda Paraqvay - Fransa cütünün qalibi ilə qarşılaşacaq.
22:50
Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyununda ikinci qol vurulub.
TodayPress TV xəbər verir ki, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabdakı üstünlüyünü möhkəmləndirib - 2:0.
82-ci dəqiqədə Azzedin Unhai dubl edib.
22:18
Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyununda ilk qol vurulub.
TodayPress TV xəbər verir ki, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabı açıb - 1:0.
50-ci dəqiqədə Azzedin Unhai adını tabloya yazdırıb.
22:14
Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyununda ikinci hissə başlayıb.
TodayPress TV xəbər verir ki, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.
21:57
Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyununda ilk hissə bitib.
TodayPress TV xəbər verir ki, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.
21:07
Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyunu başlayıb.
TodayPress TV xəbər verir ki, 1/8 final mərhələsinin matçı Hyuston stadionunda keçirilir.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.