İran Fransa səfirliyinin iki əməkdaşını "persona non grata" elan etdi

İran Fransa səfirliyinin iki əməkdaşını "persona non grata" elan etdi
19.08.2026 12:56 Dünya

İran Fransanın Tehrandakı səfirliyinin iki əməkdaşını "persona non grata" elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatına istinadən yerli IRNA agentliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, fransalı diplomatlar iyul ayında Tehranda xarici müdaxilə və casusluqla bağlı böyük işin fiqurantları ilə gizli görüşlər keçiriblər. Onların fəaliyyəti beynəlxalq hüququ, xüsusilə 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasını pozan fəaliyyət kimi qiymətləndirilib.

İran Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır ki, bu qərar Fransa hakimiyyətinin baş verən hadisəyə reaksiya verməməsi, həmçinin tədbirlər görməkdən və gələcəkdə bu cür insidentlərin təkrarlanmayacağına zəmanət verməkdən imtina etməsi ilə əlaqədar qəbul edilib.

"Persona non grata" elan edilən iki diplomat bir gün əvvəl İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Xarici vətəndaşlar uzun müddət və dəfələrlə dindirilib. Fransanın xarici işlər naziri Jan-Noel Barro bu hərəkətləri “qalmaqallı və qəsdən törədilmiş” adlandırıb.

Buna cavab olaraq Paris qarşılıqlı tədbirlər görəcəyini və iki iranlı diplomatın yaxın günlərdə Fransadan çıxarılacağını açıqlayıb. Barro bildirib ki, o, artıq Tehrandakı həmkarını Fransa vətəndaşlarının diplomatik toxunulmazlığının pozulmasının nəticələri barədə məlumatlandırıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
19 AVQUST 2026
"OpenAI" yeni süni intellekt modellərinin hazırlanmasını dayandırdı 13:22 İndoneziyada zəlzələ nəticəsində minlərlə insan evsiz qaldı 12:45 Alimlərdən xərçəng xəstələrinə müjdə: İdman zəifləmiş immun sistemini dirçəldir 12:07 Pol Poqbanın “Monako” macərası erkən başa çatdı 13:10 Qalxanvari vəzi xəstəliklərinin 10 xəbərdarlıq əlaməti 12:05 Prezidentdən traktor istəyən Gülərin arzusu reallaşdı – VİDEO 13:07 Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI 12:40 İran Fransa səfirliyinin iki əməkdaşını "persona non grata" elan etdi 12:10 Yarımfinal bileti və medal! Əli Baxışov Avropada növbəti qələbəsini qazandı 12:49 Qəhvə həvəskarlarına şad xəbər: Qocalıqda əzələ itkisinin qarşısını alır 11:57 “Qarabağ”ın Avropa hədəfi bəlli oldu: əsas mərhələyə vəsiqə! 12:28 Qalib Bayramovun cinayət işi üzrə məhkəmə prosesi baş tutdu 11:54 Azərbaycan əmindir ki, biz uduzacağıq - Video 12:27 Rusiya İrəvana şərt qoydu: Malların buraxılması... 12:22 Ağdamda qəbir qazarkən hərbi sursat tapıldı 11:49 Tramp Kim Çen Inla görüşmək istəyir 11:23 Rusiya aktivləri Ukraynaya verilir? Kiyevdən beynəlxalq tərəfdaşlara mühüm tələb 11:33 Malkomun Səudiyyə macərası bitir: yeni klubla razılıq əldə olundu 11:25 "Keystone XL" boru kəməri məzardan oyadılır – Tramp və Karni razılığa gəldi 10:44 Trampdan gözlənilməz müdaxilə: ABŞ-Cənubi Koreya təlimləri vaxtından əvvəl bitir 10:36 Malayziyanın yeni səfiri Azərbaycana gəldi 10:54 O’Hara “Mançester Yunayted”in transferlərini sərt tənqid etdi 10:50 Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq 10:48 Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar: 9 nəfər həbs edildi 10:36 Sabalenkodan möhtəşəm rekord: WTA-1000 turnirlərində tarix yazdı 10:30 Bütün Xəbərlər