Adetokunbo yeni macərasına böyük hədəflə başlayır
NBA çempionu, yunanıstanlı basketbolçu Yannis Adetokunbo yeni komandası “Mayami Hit”lə əsas hədəfinin çempionluq olduğunu bildirib.
TodayPress TV “Heat Central” sosial şəbəkə hesabına istinadən xəbər verir ki, 31 yaşlı forvard yeni mərhələyə böyük motivasiya ilə başladığını vurğulayıb.
“Harada oynamağımın fərqi yoxdur. Aydındır ki, məni “Mayami Hit”də yeni bir mərhələ gözləyir və bundan maksimum yararlanmağa çalışacağam. Gəlin, çempion olaq”, – deyə Adetokunbo bildirib.
Qeyd edək ki, yunanıstanlı basketbolçu 2025/2026-cı illər mövsümünün müntəzəm çempionatında 36 oyunda iştirak edib. O, hər görüşdə orta hesabla 27,6 xal, 9,8 ribaund və 5,4 məhsuldar ötürmə ilə yadda qalıb.
Adetokunbonun əvvəlki komandası “Miluoki Baks” ötən mövsümü 32 qələbə və 50 məğlubiyyətlə başa vurub. Klub son 10 ildə ilk dəfə NBA pley-off mərhələsinə vəsiqə qazana bilməyib.
Namiq HUN