Sosial şəbəkədə məşhur olan arıçının arıları selin girovunda qaldı

Sosial şəbəkədə məşhur olan arıçının arıları selin girovunda qaldı
09.07.2026 12:09 Hadisə

Son günlər Zaqatala və Balakən rayonlarında müşahidə olunan güclü leysan yağışları və sel suları bölgədə ciddi fəsadlara səbəb olub. Təbii fəlakətdən zərər çəkən təsərrüfatlardan biri də arıxana olub.

TodayPress TV xəbər verir ki, arıçı Məhəmməd Vociyev sel təhlükəsi barədə məlumat alan kimi arı ailələrini xilas etmək üçün arıxanaya getməyə çalışıb.

O, yolun çətinliyinə baxmayaraq, böyük risk və çətinliklərlə ərazidə çayı keçərək arıxanaya çatdığını bildirib.

"Vəziyyətin ağırlaşdığını hiss edən kimi arıxanaya çatmağa çalışdım. Yol çox çətin idi, böyük təhlükələr bahasına çayı keçib arıxanaya gedə bildim. Oraya çatanda isə gördüm ki, artıq gecdir. Təəssüf ki, arı ailələrimizin təxminən yarısını sel suları aparmışdı".

Məhəmməd Vociyev əlavə edib ki, həmin vaxt onun üçün əsas məqsəd arıları mümkün qədər xilas etmək olub:

"Həmin an heç nə düşünmürdüm, əsas məqsədim arıları qorumaq və sağ qalan ailələri xilas etmək idi. Sudan keçdiyim üçün telefonu özümlə götürə bilmədim. Buna görə də baş verənləri görüntüləmək imkanım olmadı. Daha sonra hava şəraiti daha da pisləşib, yağışların intensivləşməsi nəticəsində çay yenidən daşaraq arıxanaya gedən yolları bağlayıb. Yağışlar daha da gücləndi, çay daşdı və arıxanaya gedən bütün yollar bağlandı. Hazırda həmin əraziyə getmək mümkün deyil. Orada qalan arıların vəziyyəti ilə bağlı isə hələlik heç bir məlumatımız yoxdur".

Arıçı vurğulayıb ki, sel sularından xilas olan arı ailələri sağ qala bilib:

"Ümid edirəm ki, suyun əlindən qurtula bilən arılarımız sağ-salamatdır. Təbiətin qarşısında insan bəzən aciz qalır. İnşallah, yollar açılar və tezliklə arıxanaya gedərək vəziyyəti yerində görə bilərik. Allah sel və digər təbii fəlakətlərdən zərər görən hər kəsə səbir versin, itkilərini əvəz etsin. Belə hadisələr insanın təbiət qarşısında nə qədər həssas olduğunu bir daha göstərir".

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
09 JULY 2026
İlqar Məmmədov siyasəti buraxıb, futboldan yazır 13:52 Tramp Avropa üçlüyünü ağır cəzaya məhkum etdi 13:50 Minlərlə rus əsgərinin cəbhədə öldüyü gün Putin Moskvada 150 gəncə toy etdi 13:43 Qalibaf Zelenskinin kitelindən geyindi və ABŞ-yə savaş elan etdi: bombalar yağacaq 13:32 Fransızlar ərəblərə qarşı - sonuncu qolu Napoleon vuracaq 13:24 Qazaxıstan Rusiya ilə sərhədə böyük qüvvə yığdı - VİDEO 13:20 Türkiyədə naxçıvanlı sərnişin döyülərək xəstəxanalıq edildi: "Bizi həmişə aşağılayırlar" / VİDEO 13:19 Ukrayna 14 rus tankerini batırdı - Krımdan qaçanlar "ilan"a sarılıdı 13:08 Bayramovun bəyanatı Ermənistanı silkələdi: Buna görə... 13:07 NATO rəhbərlərinin imzaları yayıldı 13:00 Xameneinin meyiti ortada qaldı - ABŞ İranı bombalarla dağıdır 12:53 Paşinyan Mişustinlə görüşünün nəticələrini açıqladı: Hansı razılaşmalar əldə olunub? 12:49 Sabahın havası açıqlandı: Neçə dərəcə isti olacaq? 12:32 Paşinyan AÇIQLADI: Konstitusiya ilə bağlı bütün təkliflər artıq müzakirə edilib 12:38 Türk ordusu İran savaşında? - ABŞ bu dəfə işi bitirəcək 12:17 Daha bir ulduz "Qarabağ"dan ayrılır 12:17 Sosial şəbəkədə məşhur olan arıçının arıları selin girovunda qaldı 12:09 YAP-ın Xaçmaz təşkilatının sədri saxlanılıb? - AÇIQLAMA 12:09 Britaniya “Zəngəzur” gəmisini sanksiya altından çıxardı - FOTO 11:50 Türk oğlu İsveçrənin taleyini yazdı 11:49 Avropa İttifaqının Mülki Missiyası Gədəbəy dağlarında nə axtarır? 11:38 NATO-dan çox gündəm Trampın tualeti oldu, yanından ayırmadılar 11:28 NATO-nun Ankara sammitində Çex rəhbərləri bir-birini "qırdı" – Ölkə adına rəzalət... 11:16 ABŞ-nin son hücumlarından sonra İranda itkilərin sayı açıqlandı 10:58 Avropa liderləri Ərdoğanın hədiyyəsini özləri ilə apara bilmədilər 10:56 All News