NATO-nun Ankara sammitində Çex rəhbərləri bir-birini "qırdı" – Ölkə adına rəzalət...

NATO-nun Ankara sammitində Çex rəhbərləri bir-birini "qırdı" –  Ölkə adına rəzalət...
09.07.2026 11:16 Təhlil

NATO tarixində olduqca maraqlı, eyni zamanda diqqətçəkən hadisə yaşandı. Şimali Atlantika Alyansının sammitinə Çexiyadan həm prezident, həm də baş nazir eyni vaxtda qatıldı.

Alyansa üzv olan digər ölkələr sammitdə tək bir liderlə təmsil olunduğu halda, Çexiya görüşə iki ayrı rəhbərlə qatılan yeganə dövlət oldu. Üstəlik, hər iki lider Ankaraya ayrı-ayrı dövlət təyyarələri ilə gəldi və sammit boyu bir-biri ilə ümumiyyətlə danışmadı.

Yaxşı, bəs eyni dövləti idarə edən bu iki şəxsi bir-birindən belə uzaq salan nədir?

Əlbəttə, təmsilçilik davası, səlahiyyət böhranı. Bu, Ankara sammitində bütün çılpaqlığı ilə ortaya çıxdı. Hər şey Babişin sammitdən əvvəl verdiyi bəyanatla başladı. Babiş Ankaradakı görüşlərdə ölkəni şəxsən özünün təmsil edəcəyini, heyətdə isə Müdafiə naziri Yaromir Zuna və Xarici İşlər naziri Petr Maçinkanın olacağını bildirdi. Rəsmi nümayəndə heyətində Prezident Petr Pavelə yer ayrılmadı.

Adının siyahıda olmadığını görən Pavel məsələni ölkənin Konstitusiya Məhkəməsinə şikayət etdi. Məhkəmə də bu müraciətə əsasən müvəqqəti bir qərar çıxararaq Pavelin NATO sammitinə getməsinə icazə verdi. Keçmiş general olan prezident məhkəmənin bu qərarından sonra bildirdi ki, NATO müttəfiqlərinin liderləri ilə birbaşa görüşmək və fikir mübadiləsi aparmaq onun konstitusiyadan irəli gələn vəzifəsidir. Elə buna görə də sammitə gəldi.

Davanın arxasında hüquqi və siyasi səbəblər var. Prezident Petr Pavel deyir ki, qanunla dövləti təmsil etmək səlahiyyəti məhz ondadır. Baş nazir isə iddia edir ki, xarici siyasəti hökumət aparır, ona görə də rəsmi heyətin rəhbəri o olmalıdır. Sirr deyil ki, ölkədə prezident NATO və Qərbin təhlükəsizlik xəttinə daha yaxın olduğu halda, baş nazirin tam fərqli prioritetləri var.

Babiş-Pavel gərginliyi NATO-nun ənənəvi "ailə fotosu"nda da dərhal hiss olundu. Pavel ilə Babiş foto çəkilən zaman yan-yana gəlməmək üçün tamamilə fərqli nöqtələrdə dayandılar.

Qiymət Mahir

XƏBƏR LENTİ
09 IYUL 2026
Minlərlə rus əsgərinin cəbhədə öldüyü gün Putin Moskvada 150 gəncə toy etdi 13:43 Qalibaf Zelenskinin kitelindən geyindi və ABŞ-yə savaş elan etdi: bombalar yağacaq 13:32 Fransızlar ərəblərə qarşı - sonuncu qolu Napoleon vuracaq 13:24 Qazaxıstan Rusiya ilə sərhədə böyük qüvvə yığdı - VİDEO 13:20 Türkiyədə naxçıvanlı sərnişin döyülərək xəstəxanalıq edildi: "Bizi həmişə aşağılayırlar" / VİDEO 13:19 Ukrayna 14 rus tankerini batırdı - Krımdan qaçanlar "ilan"a sarılıdı 13:08 Bayramovun bəyanatı Ermənistanı silkələdi: Buna görə... 13:07 NATO rəhbərlərinin imzaları yayıldı 13:00 Xameneinin meyiti ortada qaldı - ABŞ İranı bombalarla dağıdır 12:53 Paşinyan Mişustinlə görüşünün nəticələrini açıqladı: Hansı razılaşmalar əldə olunub? 12:49 Sabahın havası açıqlandı: Neçə dərəcə isti olacaq? 12:32 Paşinyan AÇIQLADI: Konstitusiya ilə bağlı bütün təkliflər artıq müzakirə edilib 12:38 Türk ordusu İran savaşında? - ABŞ bu dəfə işi bitirəcək 12:17 Daha bir ulduz "Qarabağ"dan ayrılır 12:17 Sosial şəbəkədə məşhur olan arıçının arıları selin girovunda qaldı 12:09 YAP-ın Xaçmaz təşkilatının sədri saxlanılıb? - AÇIQLAMA 12:09 Britaniya “Zəngəzur” gəmisini sanksiya altından çıxardı - FOTO 11:50 Türk oğlu İsveçrənin taleyini yazdı 11:49 Avropa İttifaqının Mülki Missiyası Gədəbəy dağlarında nə axtarır? 11:38 NATO-dan çox gündəm Trampın tualeti oldu, yanından ayırmadılar 11:28 NATO-nun Ankara sammitində Çex rəhbərləri bir-birini "qırdı" – Ölkə adına rəzalət... 11:16 ABŞ-nin son hücumlarından sonra İranda itkilərin sayı açıqlandı 10:58 Avropa liderləri Ərdoğanın hədiyyəsini özləri ilə apara bilmədilər 10:56 Ərdoğandan NATO liderlərinə qeyri-adi hədiyyə 10:46 Qalibafdan Vaşinqtona sərt ultimatum: Bu zərbələrin cavabı qisas olacaq! 10:31 Bütün Xəbərlər