Bayramovun bəyanatı Ermənistanı silkələdi: Buna görə...

Bayramovun bəyanatı Ermənistanı silkələdi: Buna görə...
09.07.2026 13:07 Xarici siyasət

Xarici işlər naziri Ceyhun Bayramovun sülh müqaviləsi ilə bağlı son bəyanatı Ermənistanın daxili siyasi gündəmində ciddi rezonans doğurub.

TodayPress TV xəbər verir ki, nazir açıq şəkildə Ermənistan Konstitusiyası dəyişdirilməyənə qədər rəsmi Bakı İrəvanla sülh müqaviləsi imzalamayacaq deyə bəyan edib. 

Ceyhun Bayramov Ermənistanın ali qanununda Azərbaycana qarşı açıq ərazi tələblərinin yer aldığını deyərək, sülh sənədinin imzalanmasından əvvəl mütləq konstitusiya islahatlarının edilməli olduğunu vurğulayıb.

Rəsmi Bakının bu qəti mövqeyi, 7 iyun parlament seçkilərindən sonra daxili sabitlik axtarışında olan İrəvanda növbəti gərginlik dalğasına səbəb olub.

Müqavilə layihəsi üzrə işlərin gedişatına toxunan XİN rəhbəri, Azərbaycanın sənədin özünə aid hissəsini tamamilə yekunlaşdırdığını və tərəflər arasında danışıqlar prosesinin davam etdiyini diqqətə çatdırıb.

Nazir həmçinin ictimaiyyəti maraqlandıran digər bir həssas mövzuya — "anklav kəndlər" məsələsinə də toxunub və bu problemin davam edən prosesin bir hissəsi olaraq həllini tapacağını bildirib. 

Xatırladaq ki, Azərbaycan tərəfi Ermənistandakı konstitusiya dəyişikliklərini sülh üçün dəfələrlə əsas ilkin şərt kimi irəli sürüb. Xarici işlər nazirinin bu açıqlamaları  Ermənistan siyasi "elita"sını narahat edir. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
09 IYUL 2026
Yunanıstan Ərdoğana görə yasa batdı: Qəzetlər qara manşetlə çıxdı 14:00 İlqar Məmmədov siyasəti buraxıb, futboldan yazır 13:52 Tramp Avropa üçlüyünü ağır cəzaya məhkum etdi 13:50 Minlərlə rus əsgərinin cəbhədə öldüyü gün Putin Moskvada 150 gəncə toy etdi - VİDEO 13:43 Qalibaf Zelenskinin kitelindən geyindi və ABŞ-yə savaş elan etdi: bombalar yağacaq 13:32 Fransızlar ərəblərə qarşı - sonuncu qolu Napoleon vuracaq 13:24 Qazaxıstan Rusiya ilə sərhədə böyük qüvvə yığdı - VİDEO 13:20 Türkiyədə naxçıvanlı sərnişin döyülərək xəstəxanalıq edildi: "Bizi həmişə aşağılayırlar" / VİDEO 13:19 Ukrayna 14 rus tankerini batırdı - Krımdan qaçanlar "ilan"a sarılıdı 13:08 Bayramovun bəyanatı Ermənistanı silkələdi: Buna görə... 13:07 NATO rəhbərlərinin imzaları yayıldı 13:00 Xameneinin meyiti ortada qaldı - ABŞ İranı bombalarla dağıdır 12:53 Paşinyan Mişustinlə görüşünün nəticələrini açıqladı: Hansı razılaşmalar əldə olunub? 12:49 Sabahın havası açıqlandı: Neçə dərəcə isti olacaq? 12:32 Paşinyan AÇIQLADI: Konstitusiya ilə bağlı bütün təkliflər artıq müzakirə edilib 12:38 Türk ordusu İran savaşında? - ABŞ bu dəfə işi bitirəcək 12:17 Daha bir ulduz "Qarabağ"dan ayrılır 12:17 Sosial şəbəkədə məşhur olan arıçının arıları selin girovunda qaldı 12:09 YAP-ın Xaçmaz təşkilatının sədri saxlanılıb? - AÇIQLAMA 12:09 Britaniya “Zəngəzur” gəmisini sanksiya altından çıxardı - FOTO 11:50 Türk oğlu İsveçrənin taleyini yazdı 11:49 Avropa İttifaqının Mülki Missiyası Gədəbəy dağlarında nə axtarır? 11:38 NATO-dan çox gündəm Trampın tualeti oldu, yanından ayırmadılar 11:28 NATO-nun Ankara sammitində Çex rəhbərləri bir-birini "qırdı" – Ölkə adına rəzalət... 11:16 ABŞ-nin son hücumlarından sonra İranda itkilərin sayı açıqlandı 10:58 Bütün Xəbərlər