Türk oğlu İsveçrənin taleyini yazdı

Türk oğlu İsveçrənin taleyini yazdı
09.07.2026 11:49 İdman

İsveçrə millisinin baş məşqçisi Murat Yakın təkcə məşqçilik uğurları ilə deyil, həyat hekayəsi və jestləri ilə də diqqət çəkən simalardandır.

TodayPress TV onun karyerası ilə bağlı ən maraqlı faktlardan bəzilərini təqdim edir:

2022-ci il dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiyanın İtaliya ilə 0:0 hesablı heç-heçəsi İsveçrənin birbaşa mundiala vəsiqə qazanmasını təmin etmişdi. Buna təşəkkür əlaməti olaraq Murat Yakın Şimali İrlandiya Futbol Assosiasiyasına 9,3 kiloqram İsveçrə şokoladı göndərmişdi. Şokoladın çəkisi oyunun 93-cü dəqiqəsinə rəmzi işarə kimi seçilmişdi.

Murat və Hakan Yakının anası Emine Yakın Türkiyənin Adana şəhərində anadan olub və sonradan İsveçrəyə köç edib. O, çətin şəraitdə səkkiz uşaq böyüdüb. Emine xanım oğullarının oyunlarını izləmək üçün uzun illər stadionlara velosipedlə gedib-gəlməsi ilə İsveçrə mətbuatında tez-tez xatırlanır.

Murat Yakın məşqçi kimi prinsipiallığı ilə seçilir. O, "Luzern" klubunu çalışdırdığı dövrdə komandanın kapitanı olan qardaşı Hakan Yakını fiziki hazırlığını yetərli hesab etmədiyi üçün dəfələrlə ehtiyat oyunçular skamyasında saxlayıb və ya oyundan əvəzləyib. Bu qərarlar bir müddət qardaşlar arasında soyuq münasibətə də səbəb olmuşdu.

Murat Yakının rəhbərliyi altında İsveçrə millisi AVRO-2024-də 72 ildən sonra ilk dəfə böyük turnirdə 1/4 finala yüksəldi. Komanda sonuncu dəfə 1954-cü ildə, ev sahibliyi etdiyi dünya çempionatında bu mərhələyə vəsiqə qazanmışdı.

İsveçrə daha əvvəl dünya çempionatlarının 1/4 finalında 1934-cü ildə Çexoslovakiyaya 3:2, 1938-ci ildə Macarıstana 2:0, 1954-cü ildə isə turnir tarixinin ən məhsuldar oyunlarından birində Avstriyaya 7:5 hesabı ilə məğlub olmuşdu.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
Paşinyan yeni konstitusiya haqqında danışdı 12:38 Sabahın havası açıqlandı: Neçə dərəcə isti olacaq? 12:32 Türk ordusu İran savaşında? - ABŞ bu dəfə işi bitirəcək 12:17 Daha bir ulduz "Qarabağ"dan ayrılır 12:17 Sosial şəbəkədə məşhur olan arıçının arıları selin girovunda qaldı 12:09 YAP-ın Xaçmaz təşkilatının sədri saxlanılıb? - AÇIQLAMA 12:09 Britaniya “Zəngəzur” gəmisini sanksiya altından çıxardı - FOTO 11:50 Türk oğlu İsveçrənin taleyini yazdı 11:49 Avropa İttifaqının Mülki Missiyası Gədəbəy dağlarında nə axtarır? 11:38 NATO-dan çox gündəm Trampın tualeti oldu, yanından ayırmadılar 11:28 NATO-nun Ankara sammitində Çex rəhbərləri bir-birini "qırdı" – Ölkə adına rəzalət... 11:16 ABŞ-nin son hücumlarından sonra İranda itkilərin sayı açıqlandı 10:58 Avropa liderləri Ərdoğanın hədiyyəsini özləri ilə apara bilmədilər 10:56 Ərdoğandan NATO liderlərinə qeyri-adi hədiyyə 10:46 Qalibafdan Vaşinqtona sərt ultimatum: Bu zərbələrin cavabı qisas olacaq! 10:31 İran ABŞ-yə kömək edən ölkələri hədələdi 10:20 XİN rəhbəri TRIPP-lə bağlı prosesləri açıqladı 10:11 AQTA tənqidlərə cavab verdi: Yeni qərarın əsl məqsədi nədir? 10:06 XİN-in rəhbər heyəti Fəxri xiyabanı ziyarət etdi 10:05 ABŞ İranın "can damarı"nı vurdu: Gecə zərbələrindən sonra hərəkət məhdudlaşdırıldı 09:56 Birjalarda neft bumu: Qiymətlərdə kəskin artış büdcəyə necə təsir göstərəcək? 09:44 Xameneinin öldürüldüyü iqamətgahın görüntüləri ilk dəfə paylaşıldı - VİDEO 09:30 Ukrayna dronları Rusiyadakı neft anbarını hədəf aldı 09:08 ABŞ ordusu İranın 90 hərbi obyektini vurdu - VİDEO 08:45 Xameneinin cənazəsi Kərbəlaya aparıldı – İzdiham yaşandı 08:41 Bütün Xəbərlər