Borçalıdakı soydaşlarımızın beynini yudular - İran üçün qurban olan türk oğul - qızlarının miskin görüntüləri - VİDEO

Borçalıdakı soydaşlarımızın beynini yudular - İran üçün  qurban olan türk oğul - qızlarının miskin görüntüləri - VİDEO
27.07.2026 10:17 Gündəm

Borçalı türklərinin Kərbəladan yayılan görüntüləri birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə müzakirələrə səbəb olan kadrlarda Gürcüstandan olan bir qrup şəxsin İraqın Kərbəla şəhərində keçirilən dini mərasimdə iştirak etdiyi görünür.

TodayPress TV xəbər verir ki, görüntüləri sosial şəbəkədə paylaşan ictimai fəal İlqar Altay məsələyə sərt münasibət bildirib. 

Onun sözlərinə görə, mərasim zamanı Gürcüstan, İran və ərəb rəmzləri nümayiş etdirilsə də, türk kimliyini ifadə edən hər hansı simvola rast gəlinməyib.

"Budur, köklü Qarapapaq türk əsilli Borçalı gəncləri minlərlə kilometr yol qət edərək İraqın Kərbəla şəhərinə gedir, Gürcüstan bayrağı altında İmam Hüseynin (ə.s.) şəhadətinin 1400 illiyi münasibətilə verilən ehsanda iştirak edirlər. Düz 10 gün davam edən, türklərin təşkil etdiyi bu ehsanda Gürcüstanın, ərəb və İranın bayraq və rəmzləri var, amma türkün bir dənə də olsun nişanəsi yoxdur.

Deməli, Gürcüstandakı 500 minlik Borçalı türk toplumundan İran molla rejiminin təbliğatı ilə beyni yuyularaq qurban verilən nə qədər türk oğul-qızı var, bundan sonra da olacaqsa, onların hamısı ümumtürk dünyasının itkisi hesab olunur. İran Fələstinlə baş qatıb, öz işini görüb", – o vurğulayıb.

Xatırladaq ki, 2026-cı ilin mart ayında Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti ölkədə İranın dini təsir şəbəkəsinin fəaliyyəti ilə bağlı yayılan iddialar əsasında araşdırmaya başladığını açıqlamışdı.

Jalə Rövşən 

XƏBƏR LENTİ
27 IYUL 2026
Rektor 670 bal yığan qazaxlı abituriyenti Neft Məktəbini seçməsi üçün razı salmağa çalışır 13:16 Bakı Qızlar Universitetinin bağlanma xəbəri böyük etirazlar doğurdu 13:11 Kraudfandinq platforması ilə bağlı dövlət rüsumu müəyyənləşdi 13:07 PSJ-nin gənc ulduzu İngiltərə nəhənglərinin radarında 13:04 Şəhid oğlu Qarabağı, anası isə qızını xilas etdi... 13:00 Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub? 12:52 41 ildən sonra həbsdən çıxıb generalları rəzil etdi – Fransanı Misirə qatdı 12:43 Temperatur kəskin yüksələcək - SABAHIN HAVASI 12:36 Ferstappendən Macarıstan Qran-prisi ilə bağlı diqqətçəkən açıqlama 12:29 Bakıda jurnalist zibillənmiş çimərlikləri təmizlədi – İctimai yerlər niyə bu hala salınır? 12:12 Xəzərdə batan müstəntiq vəzifəli şəxsin oğlu imiş - FOTO 12:05 Məşhur şairimizin "İslamla Turan qurmaq olmaz" sözləri sosial şəbəkələri qarışdırdı - VİDEO 11:59 BakuBus 1460 azn maaşa qadın sürücü axtarır 11:56 Mədəniyyət naziri kitabxanaçıları attestasiya adı ilə işsiz qoydu – Etibar Əliyev 11:54 Səudiyyə Ərəbistanının ən strateji neft zavodu vuruldu, 48 saatdır söndürmək mümkün olmur - FOTO 11:51 Azərbaycanın dövlət borcu açıqlandı 11:42 Psixoloqlar xoşbəxt olmağa mane olan 7 düşüncə tərzini açıqladı 11:36 Azərbaycanlı keçmiş məmur Almaniyada 15 milyon avroya necə bina tikə bilər? 11:18 "Qərb mənimlə ərəb olduğum üçün mübarizə apardı, ərəblər isə qadın olduğuma görə" — Zaha Hadid 11:16 Xalq artisti söyüş söydüyünə görə 40 illik həyat yoldaşı olan qadını boşadı 11:04 Pogaçar: Dopinq yoxlamasına supermarketə gedirmiş kimi gedirəm 11:01 Gənc tennisçi: Ən böyük qorxum özümü məyus etməkdir 10:58 Müharibə Xəzər dənizinə sıçradı: Hörmüz və Qırmızı dənizdən sonra Xəzərdə silahlar açıldı 10:56 Şahin Bağırov polkovnikə yüksək VƏZİFƏ VERDİ - FOTO 10:45 Ermənilərdən təmizlənən Qarabağın meşələri vətəndaşlarımız ucbatından zibil qoxuyur – Jurnalistdən sərt tənqid 10:43 Bütün Xəbərlər