Ermənistan Ukraynanın bərpası forumunda: Moskva ilə gərginlik fonunda yeni mesaj

Ermənistan Ukraynanın bərpası forumunda: Moskva ilə gərginlik fonunda yeni mesaj
24.06.2026 01:11 Dünya

Ermənistan iyunun 24-25-də Polşa və Ukraynanın birgə təşkilatçılığı ilə Qdansk şəhərində keçiriləcək Ukraynanın Bərpası Forumunda iştirak edəcək.

TodayPress TV "Bloomberq"ə istinadən xəbər verir ki, İrəvanı tədbirdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təmsil edəcək. Təxminən 100 ölkənin qatılacağı forum Ermənistanın son dövrlərdə Moskva ilə məsafə saxlaması fonunda diqqət çəkən addım kimi qiymətləndirilir.

Avropa İttifaqı isə Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətləri fonunda Ermənistana dəstəyini artırır. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ixrac qadağalarını “iqtisadi məcburetmə” adlandıraraq Ermənistana 50 milyon avrodan çox yardım ayrılacağını və Aİ–Ermənistan birgə işçi qrupunun yaradılacağını bildirib.

Məlumata görə, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti mayın 30-dan etibarən Ermənistan məhsullarının idxalına məhdudiyyətlər tətbiq edib. Sonradan bu tədbirlər ərzaq məhsulları, gül, spirtli içkilər, toxum və gübrələrin böyük hissəsini də əhatə edib.

İrəvanda bu addımların siyasi motivli olduğu bildirilir. Ticarətdə Rusiyadan asılı olan Ermənistan iqtisadiyyatı isə yaranmış vəziyyətdə əlavə təzyiqlərlə üzləşir.

Qeyd edək ki, iyunun 7-də keçirilən seçkilərdə Baş nazir Nikol Paşinyanın partiyası 49,81 faiz səs toplayaraq üçüncü dəfə hakimiyyətdə qalmaq imkanı əldə edib. Kreml isə son aylarda Ermənistanla bağlı açıqlamalarında Ukrayna ilə paralellər aparır.

NEWS FEED
08 AUGUST 2026
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng etdi 12:36 Pakistanın müdafiə naziri: “Müsəlman ölkələri NATO kimi birləşməlidir” 12:30 Ermənistanda Tsarukyanın kürəkəni saxlanıldı, yaxın adamı həbs edildi - VİDEO 12:16 Müəllimlərin faktiki yaşayış rayonuna uyğun vakansiya seçimi başladı 12:06 Pensiyalar ÖDƏNİLDİ 11:20 Gürcüstandan Rusiyaya çağırış: İşğala son qoyun! 11:24 Yaponiyada güclü zəlzələ: Ölənlərin sayı artdı, insanlar təxliyə edilir - VİDEO 09:15 İİKK: ABŞ İranla müharibədə məğlub oldu 11:12 Xocavənddə traktor minaya düşdü 10:53 Gürcüstanda dövlət bayraqları yarıya endirildi 10:39 Antarktidadan gələn soyuq dalğası Yeni Zelandiyanı vurdu 10:24 Paşinyandan Azərbaycan mesaj: “Sülh bərqərar olub” 10:07 Pezeşkian ABŞ-yə səsləndi: “Amerika evinə qayıtmalıdır!” 09:56 Rusiya Kiyevə zərbələr endirdi: Ölənlər və yaralananlar var - GÖRÜNTÜLƏR 09:36 ABŞ-dən Kolumbiyaya 1 milyard dollar - SƏBƏB 09:26 Rusiyada neft zavodu hədəfə alındı - VİDEO 09:31 Ronaldo ilə bağlı qərar: Mövsümün ilk iki oyununu buraxacaq 09:20 Britaniyada enerji böhranı dərinləşir: Borclar rekord həddə çatdı 09:11 Azərbaycan XİN-dən Gürcüstanla bağlı AÇIQLAMA: Sülh yolu ilə həlli dəstəkləyirik 09:07 Vellinqton ağ örpəyə büründü – 15 ildən sonra ilk dəfə qar yağdı! 00:44 Gecələr tez-tez oyanırsınızsa... - Terapevt SƏBƏBİNİ açıqladı 00:34 İtlər həqiqətən küsə bilir? - Ekspert izah etdi 00:28 Qlobal ərzaq qiymətləri artdı: 2023-cü ildən bəri ən yüksək səviyyə! 00:23 "Google Assistant" silinir, yerinə bu gəlir! 00:02 Dərmanlara ehtiyacı azaldan üsul tapıldı! - Alimlərdən vacib tövsiyələr 23:51 All News