Cənubi Koreya hərəkətə keçir: Tramp və Kim arasında görüş baş tutacaq?
Cənubi Koreya ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen In arasında mümkün görüşü dəstəkləyir və bu görüşün keçirilməsinə kömək etməyə hazır olduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, Cənubi Koreyanın Birləşmə Nazirliyinin məlumatına görə, Vaşinqtonla Pxenyan arasında dialoqun bərpası Koreya yarımadasında sülh və sabitliyin möhkəmlənməsinə, həmçinin iki Koreya arasında barışıq və əməkdaşlığa töhfə verə bilər.
Seul ABŞ və Şimali Koreya arasında danışıqların yenidən başlamasını davamlı şəkildə dəstəklədiyini və prosesə diplomatik yardım göstərməyə hazır olduğunu bildirib.
Cənubi Koreya prezident administrasiyası da Tramp və Kim arasında yaxşı münasibətlərin real və nəticəli danışıqlara çevriləcəyinə ümid etdiyini açıqlayıb.
Türkan İsgəndərli