Bruno Fernandeşin “Mançester Yunayted”də gələcəyi ilə bağlı qərar verildi

Bruno Fernandeşin “Mançester Yunayted”də gələcəyi ilə bağlı qərar verildi
18.08.2026 12:29 İdman

“Mançester Yunayted” klubu yarımmüdafiəçisi və kapitanı Bruno Fernandeşlə müqaviləni uzatmaq istəyir. 

TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Daha əvvəl “Qalatasaray” klubunun portuqaliyalı futbolçuya maraq göstərdiyi bildirilsə də, “qırmızı şeytanlar” Fernandeşi satmaq niyyətində olmadıqlarını qəti şəkildə ortaya qoyublar. Öz növbəsində, 31 yaşlı futbolçu da hazırkı komandasında qalmaq istədiyini bildirib.

Fernandeşin xarici klublar üçün 57 milyon funt sterlinq məbləğində nəzərdə tutulan sərbəst qalma maddəsi də artıq qüvvədə deyil.

Qeyd edək ki, portuqaliyalı futbolçu 2020-ci ilin yanvarından “Mançester Yunayted”in formasını geyinir. O, ötən mövsüm meydana çıxdığı 37 oyunda 9 qol vurub və 22 məhsuldar ötürmə edib. 

Bruno Fernandeşin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında yarımmüdafiəçinin bazar dəyəri 35 milyon avro qiymətləndirilir.

Namiq HUN

XƏBƏR LENTİ
18 AVQUST 2026
Rusiya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı 13:27 Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqlayıb 13:08 Tramp Omanı hədələdi – Konqres hərəkətə keçdi 12:33 Vembanyama milli forma üçün motivasiyasını belə ifadə etdi 12:40 Sabah 37 dərəcə isti olacaq 12:38 Bruno Fernandeşin “Mançester Yunayted”də gələcəyi ilə bağlı qərar verildi 12:29 Məhkəmə İmran Xan barəsində qərar verdi 12:22 Dünya çempionatında bir idmançımız yoluna davam edir 12:14 İki avarçəkənimiz Amsterdamda Azərbaycan bayrağını zirvəyə daşımağa çalışacaq 11:56 Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib - BƏYANAT 11:45 Qalibaf İraqa gedir 11:07 Məşhur yükdaşıma xidməti işçinin pulunu kəsdi 11:26 Yer kürəsində maqnit fırtınası başladı – XƏBƏRDARLIQ 10:59 Mudrikin dönüşü yaxınlaşır: İngiltərədən ona ciddi təklif var 11:00 Putinin Kuril səfəri Yaponiyanı qəzəbləndirdi: Rusiyadan Tokioya sərt reaksiya 10:58 Banuçiçək Nəsirli Avropa çempionatında bürünc medalı təmin etdi 10:44 NBA arzusu üçün millinin oyunlarını buraxdı: Li Hyon Conq şansını sınayır 10:43 Cənubi Koreya hərəkətə keçir: Tramp və Kim arasında görüş baş tutacaq? 10:25 Yunanıstan tankerinə hücum edildi 10:14 Rusiya vətəndaşlarına viza verilməsinə zəmanət yoxdur – Cenevrədən xəbərdarlıq 10:03 Bir gecədə 791 dron: Rusiya səmasında nələr baş verir? 09:49 Rusiyanın paytaxtında çətin anlar: Dronlar "Wildberries" anbarını vurdu 09:38 “Komo”nun marağı Delapı fikrindən daşındırmadı: APL-də qalmaq istəyir 09:25 İsveç Rusiya ticarətinə qarşı hərəkətə keçdi: Stokholmda nə baş verir? 09:12 Ferstappen yarış dünyasında özündən sonra böyük iz buraxmaq istəyir 08:54 Bütün Xəbərlər