Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib - BƏYANAT

Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib - BƏYANAT
18.08.2026 11:45 Cəmiyyət

“Rusiyanın bəzi KİV-lərində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq, təhdid xarakterli və təhqiramiz materiallar və fikirlər paylaşılmaqdadır. Hesab edirik ki, bu, sivil jurnalistika prinsiplərinə, etik normalara və insani dəyərlərə tamamilə ziddir. Təəssüf ki, Rusiyanın informasiya məkanında belə hallar ardıcıl şəkildə müşahidə edilir”.

TodayPress TV xəbər verir ki, bu barədə Mətbuat Şurasının bəyanatında deyilir.

Mətbuat Şurası bu kimi halları Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərin ruhuna, həmçinin media əlaqələrinə tamamilə zidd hesab edir.

“Ayrıca qeyd etmək istərdik ki, Azərbaycan mediası həmişə qonşu ölkələr, o cümlədən Rusiya ilə bağlı məsələlərə həssas münasibətilə seçilib, peşə prinsiplərindən kənar fikir və iddialara yer verməyib.

Buna görə də Rusiyanın informasiya müstəvisində belə xoşagəlməz halların yaşanması Azərbaycan ictimaiyyətində dərin təəssüf və əsaslı narazılıq doğurmaqdadır”, - bəyanatda bildirilib.

Azərbaycan Mətbuat Şurası baş verən halları qətiyyətlə pisləyib. Şura, eyni zamanda, Rusiyanın media ictimaiyyətinə, bütövlükdə cəmiyyətinə müraciət edərək, Azərbaycan-Rusiya media əlaqələrini, ümumən xalqlar arasında dostluq münasibətlərini pozmağa yönəlmiş hallarla bağlı ciddi tədbir görülməsinə çağırıb.

Mətbuat Şurası bir daha bəyan edib ki, Azərbaycan dövlətinə, xalqına və onun görkəmli nümayəndələrinə qarşı təhqiramiz fikirlər və təhdid xarakterli iddialar yolverilməzdir.

“Rusiya informasiya məkanının sərt qanunvericilik tənzimlənməsi şəraitində belə materialların sistemli şəkildə ortaya çıxması Rusiya Federasiyasının dövlət siyasəti səviyyəsində onların təsdiqinə bərabərdir.

Mətbuat Şurası belə ifadələrə yol verən şəxslərə hüquqi məsuliyyət daşıdıqlarını bir daha xatırladır”, - bəyanatda qeyd olunub.

XƏBƏR LENTİ
18 AVQUST 2026
Tramp Omanı hədələdi – Konqres hərəkətə keçdi 12:33 Vembanyama milli forma üçün motivasiyasını belə ifadə etdi 12:40 Sabah 37 dərəcə isti olacaq 12:38 Bruno Fernandeşin “Mançester Yunayted”də gələcəyi ilə bağlı qərar verildi 12:29 Məhkəmə İmran Xan barəsində qərar verdi 12:22 Dünya çempionatında bir idmançımız yoluna davam edir 12:14 İki avarçəkənimiz Amsterdamda Azərbaycan bayrağını zirvəyə daşımağa çalışacaq 11:56 Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib - BƏYANAT 11:45 Qalibaf İraqa gedir 11:07 Məşhur yükdaşıma xidməti işçinin pulunu kəsdi 11:26 Yer kürəsində maqnit fırtınası başladı – XƏBƏRDARLIQ 10:59 Mudrikin dönüşü yaxınlaşır: İngiltərədən ona ciddi təklif var 11:00 Putinin Kuril səfəri Yaponiyanı qəzəbləndirdi: Rusiyadan Tokioya sərt reaksiya 10:58 Banuçiçək Nəsirli Avropa çempionatında bürünc medalı təmin etdi 10:44 NBA arzusu üçün millinin oyunlarını buraxdı: Li Hyon Conq şansını sınayır 10:43 Cənubi Koreya hərəkətə keçir: Tramp və Kim arasında görüş baş tutacaq? 10:25 Yunanıstan tankerinə hücum edildi 10:14 Rusiya vətəndaşlarına viza verilməsinə zəmanət yoxdur – Cenevrədən xəbərdarlıq 10:03 Bir gecədə 791 dron: Rusiya səmasında nələr baş verir? 09:49 Rusiyanın paytaxtında çətin anlar: Dronlar "Wildberries" anbarını vurdu 09:38 “Komo”nun marağı Delapı fikrindən daşındırmadı: APL-də qalmaq istəyir 09:25 İsveç Rusiya ticarətinə qarşı hərəkətə keçdi: Stokholmda nə baş verir? 09:12 Ferstappen yarış dünyasında özündən sonra böyük iz buraxmaq istəyir 08:54 Kreyçlou geri döndü, amma etiraf etdi: “Daimi yarışmaq istəmirəm” 08:36 Kolumbiyada zəlzələ böyük dağıntıya səbəb oldu – Zərərin məbləği açıqlandı 08:39 Bütün Xəbərlər