Ferstappen yarış dünyasında özündən sonra böyük iz buraxmaq istəyir

Ferstappen yarış dünyasında özündən sonra böyük iz buraxmaq istəyir
18.08.2026 08:54 İdman

“Red Bull” komandasının dördqat dünya çempionu Maks Ferstappen karyerasını başa vurduqdan sonra avtoidmanda hansı izi qoymaq istədiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Formule1” nəşri məlumat yayıb.

Niderlandlı pilot bildirib ki, karyerasından sonra müəyyən irs qoymaq barədə düşünüb. Onun əsas məqsədlərindən biri simracing dünyasından istedadlı pilotları üzə çıxarmaq və onlara real yarış avtomobilinin sükanı arxasında özlərini sınamaq imkanı yaratmaqdır.

“Bəli, bu barədə düşünmüşəm. Lakin Niderlandda hər şey o qədər də sadə deyil. Dediyim kimi, futbol meydanı kartinq trasından bir qədər fərqlidir və eyni zamanda daha ekoloji variantdır. Mən mütləq özümdən sonra nəsə qoyub getmək istəyirəm. Lakin ilk növbədə GT proqramım barədə düşünürəm. İstəyirik ki, simracing dünyasında istedadları axtaraq və onlara real avtomobilin sükanı arxasında özlərini sınamaq imkanı verək”, – deyə Ferstappen bildirib.

Dördqat dünya çempionu bu planlarla yanaşı, öz yarış komandası “Verstappen Racing”in inkişafını da əsas hədəflərindən biri hesab edir.

“Bunlar qarşıma qoyduğum məqsədlərdən bəziləridir. Əlbəttə, öz yarış komandam “Verstappen Racing”in inkişafı ilə yanaşı”, – deyə Ferstappen bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Rusiya vətəndaşlarına viza verilməsinə zəmanət yoxdur – Cenevrədən xəbərdarlıq 10:03 Bir gecədə 791 dron: Rusiya səmasında nələr baş verir? 09:49 Rusiyanın paytaxtında çətin anlar: Dronlar "Wildberries" anbarını vurdu 09:38 “Komo”nun marağı Delapı fikrindən daşındırmadı: APL-də qalmaq istəyir 09:25 İsveç Rusiya ticarətinə qarşı hərəkətə keçdi: Stokholmda nə baş verir? 09:12 Ferstappen yarış dünyasında özündən sonra böyük iz buraxmaq istəyir 08:54 Kreyçlou geri döndü, amma etiraf etdi: “Daimi yarışmaq istəmirəm” 08:36 Kolumbiyada zəlzələ böyük dağıntıya səbəb oldu – Zərərin məbləği açıqlandı 08:39 Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik” 08:19 Qarpız və üzüm toxumlarının bilinməyən faydaları 08:25 73 qol vuran Keyn “Qızıl top” üçün ümidlərini itirmir 08:17 Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu 01:58 İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 Bütün Xəbərlər