Qarpız və üzüm toxumlarının bilinməyən faydaları
Bir çox insan qarpız və üzüm yeyərkən toxumları qəbul etmir. Lakin mütəxəssislərin fikrincə, bəzi hallarda bu toxumları yemək mümkündür və onların tərkibində faydalı maddələr də var.
TodayPress TV xəbər verir ki, üzüm toxumları antioksidantlarla zəngindir.
Lakin onların orqanizm tərəfindən mənimsənilməsi üçün toxumları yaxşıca çeynəmək və ya ekstrakt formasında qəbul etmək tövsiyə olunur. Bütöv udulan toxumlar isə əsasən həzm olunmadan bağırsaq traktından keçir.
Qarpızın yetişmiş, qara toxumları da dəmir, sink və zülal ehtiva edir. Onları da yaxşıca çeynəməklə qəbul etmək mümkündür. Çiy toxumların qarpızla birlikdə həddindən artıq yeyilməsi isə köp və həzm narahatlığına səbəb ola bilər.
Bununla yanaşı, bağırsaq divertikulları və ya iltihabi bağırsaq xəstəliyinin kəskinləşməsi olan şəxslərə üzüm və qarpız toxumlarından uzaq durmaq tövsiyə edilir.
Qeyd etmək lazımdır ki, toxumların faydalı olması onların istənilən miqdarda və hər kəs tərəfindən problemsiz istehlak edilə biləcəyi anlamına gəlmir. Xüsusilə həzm sistemi ilə bağlı xəstəlikləri olan insanlar qida seçimlərinə diqqət etməlidirlər.
Türkan İsgəndərli