Kolumbiyada zəlzələ böyük dağıntıya səbəb oldu – Zərərin məbləği açıqlandı
Kolumbiyada avqustun 10-da baş verən güclü zəlzələnin ölkəyə vurduğu ilkin maddi ziyanın 30 trilyon peso (təxminən 9,6 milyard dollar) olduğu açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə danışan ölkə prezidenti Abelardo de la Espriella bildirib ki, zərərin 24,5 trilyon pesosu binaların, 5,5 trilyon pesosu isə infrastrukturun payına düşür.
Onun sözlərinə görə, rəqəmlər ilkin hesablamalardır. Zəlzələdən ən çox Çoko, Valle del Cauca, Risaralda, Quindío və Caldas departamentləri zərər çəkib. Prezident qeyd edib ki, Çokoda mütləq zərər digər bölgələrdən az olsa da, əhalinin və ərazinin miqyasına nisbətdə itkilər daha böyükdür.
Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 289 nəfər ölüb, 4 187 nəfər yaralanıb, 142 nəfər isə itkin düşüb. 26 945 ev tamamilə dağılıb, 127 557 evə ziyan dəyib.
ABŞ, Ekvador və İsraildən 138 xilasedici axtarış-xilasetmə işlərinə dəstək vermək üçün Kolumbiyaya göndərilib.
Zəlzələnin episentri ölkənin qərbindəki Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında olub və 7,4 bal gücündə qeydə alınıb.
Türkan İsgəndərli