Türkiyədə çalışan azərbaycanlı həkimlərdən çağırış –"Yeni qanun gələcəyimizi təhlükəyə atır"

Türkiyədə çalışan azərbaycanlı həkimlərdən çağırış –"Yeni qanun gələcəyimizi təhlükəyə atır"
13.07.2026 14:37 Cəmiyyət

Türkiyənin müxtəlif xəstəxana və tibb müəssisələrində uzmanlıq təhsili alan azərbaycanlı asistan həkimlər yeni qanun layihəsi ilə bağlı narahatlıqlarını ictimaiyyətə çatdırıblar. Gənc həkimlər bildirirlər ki, Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilən “Ali Təhsil Qanunu və bəzi qanunlarda dəyişiklik edilməsinə dair Qanun Təklifi”nin 1-ci maddəsi qəbul olunarsa, onların sosial vəziyyəti daha da ağırlaşacaq.

TodayPress TV Azpost.info-ya istinadən bildirir ki, müraciəti Azərbaycanın Türkiyədə sabiq konsulu, tanınmış jurnalist İbrahim Nəbioğlu təqdim edib.


Müraciətdə qeyd olunur ki, hazırda Türkiyədə çalışan əcnəbi asistan həkimlər maaş almadan ağır növbələrdə xidmət göstərir, xəstələrin müalicəsində iştirak edir və səhiyyə müəssisələrinin fəaliyyətinə real töhfə verirlər. Onların əsas gəlir mənbələrindən biri isə hazırda təxminən 17 900 türk lirəsi həcmində olan ödənişdir.

Həkimlər bildirirlər ki, Türkiyədə kirayə, qida, nəqliyyat və digər yaşayış xərcləri fonunda bu məbləğ kifayət etmir. Məhz buna görə dövriyyə kapitalından verilən əlavə ödənişlər onların təhsillərini davam etdirməsi üçün mühüm əhəmiyyət daşıyır.

Müraciətdə vurğulanır ki, Türkiyə Konstitusiya Məhkəməsi hələ 2022-ci ildə qəbul etdiyi qərarda Türkiyə vətəndaşı olan və əcnəbi asistan həkimlərin eyni işi gördüyünü, eyni məsuliyyəti daşıdığını və dövriyyə kapitalına eyni dərəcədə töhfə verdiyini qeyd edib. Buna görə də həmin ödənişlərdən məhrum edilmələrinin ayrı-seçkilik təşkil etdiyi qənaətinə gəlib.

Gənc həkimlər hesab edirlər ki, yeni qanun layihəsinin qəbul edilməsi bu hüquqi yanaşma ilə ziddiyyət təşkil edir və onların maddi vəziyyətinə ciddi təsir göstərə bilər. Onların fikrincə, bu dəyişiklik bəzi asistanların təhsilini yarımçıq qoymasına qədər gedib çıxa bilər.

Müraciətdə Azərbaycanın da maraqlarına toxunulur. Bildirilir ki, Türkiyədə uzmanlıq təhsili alan azərbaycanlı həkimlərin əksəriyyəti təhsillərini başa vurduqdan sonra ölkəyə qayıdaraq Azərbaycan səhiyyəsində çalışmaq niyyətindədir. Bu səbəbdən onların sosial təminatının zəiflədilməsi gələcəkdə Azərbaycan səhiyyəsi üçün də mənfi nəticələr yarada bilər.

Sənədi imzalayan həkimlər bildirirlər ki, məsələ təkcə maddi ödənişlə bağlı deyil. Onların sözlərinə görə, söhbət gecə-gündüz çalışan, böyük məsuliyyət daşıyan və gələcəyin ixtisaslı həkimləri olmağa çalışan gənclərin əməyinə verilən dəyərdən gedir.

Bu səbəbdən onlar TBMM-də müzakirə olunan qanun layihəsinin 1-ci maddəsinin sənəddən çıxarılmasına çağırış edirlər.

Müraciəti imzalayan azərbaycanlı asistan həkimlərin adları, onların çalışdıqları tibb müəssisələrində hər hansı təzyiq və ya təqib riski yaranmaması üçün açıqlanmır.

“Ümid edirəm ki, rəsmi orqanlarımız birləşib məsələni həll etmək üçün daha ciddi addımlar atacaq, rəsməni Ankaranı ədalətli qərar verməyə nail olacaqlar. Türkiyədə təhsil alan bu gənclər bizim gələcək intellektual və tibbi kapitalımızdır. Qanun layihəsinin bu şəkildə qəbul edilməsi minlərlə azərbaycanlı gəncin maddi imkansızlıq səbəbindən uzmanlıq təhsilini yarımçıq qoymasına, mənəvi sarsıntı keçirməsinə və böyük kadr itkisinə yol aça bilər.

Müvafiq qurumların Türkiyədəki həmkarları ilə mövcud sıx və səmimi münasibətlərini bildiyim üçün sizdən bu məsələyə təcili reaksiya verməyinizi xahiş edirəm”– deyə sabiq konsul Səhiyyə Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupuna ünvanladığı müraciətdə vurğulayıb.

TodayPress TV

NEWS FEED
13 JULY 2026
İran boşboğazlıq etdi, danışıqları pozdu - Tramp "qamçı"ya əl atdı 16:58 İran siyahı açıqladı - Bu dövlətlərin rəhbərləri infaz ediləcək 17:06 Böyüyən arzular, kiçilən evlər - Ali təhsil və miqrasiya valideynləri necə tənhalaşdırır? 16:58 Ukrayna ilə İran ətrafında gərginliyin artdığı mərhələdə Azərbaycan hansı geosiyasi təhdidlərlə üzləşə bilər? 16:47 Türkiyə Osmanlı sərhədlərini bərpa edir, Hörmüz boğazı Ankaraya tapşırılır - İDDİA 16:38 "Qarabağ"da gözlənilməz ayrılıq 16:35 Cibində son model telefon, evində borc dəftəri: "Gizli yoxsulluq" kimləri tapır? 16:29 Rafael Ağayevə ağır itki 16:08 SONDƏQİQƏ! Böyük Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıdı 16:03 Prezidentin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşıldı 15:57 Qırmızı nöqtə aktivləşdi: Azərbaycan dünyanın mərkəzinə necə çevrildi? 15:46 Rusiya dağılırdı, Putin gəldi, qorudu 15:44 Mollaların ən qatı prezidenti İsrail agenti çıxdı - Sepah Əhmədeinejatı dustaq etdi 15:36 Müəllimlər saathesabı yox, tam iş günü çalışacaq - AÇIQLAMA 15:30 Sabahın havası açıqlandı 15:24 AŞPA-dan çıxmaq Avropa İttifaqı ilə əlaqələri kəsəcək? - İkili standartlara qarşı növbəti addım 15:14 Prezident Folklend adaları məsələsinə münasibət bildirdi 15:05 "Kiçik dövləti və məğlub xalqı" qalib millətə və Orta Gücə yüksəldən Müzəffər Ali Baş Komandan İlham Əliyev 14:52 Amerikanın ən nüfuzlu adamını İran öldürdü - Duqindən sensasion açıqlama 14:46 Türkiyədə çalışan azərbaycanlı həkimlərdən çağırış –"Yeni qanun gələcəyimizi təhlükəyə atır" 14:41 Prezident: "Belə avtomobillə heç yerə getmərəm" 14:25 PSJ Dzion Sudzuki ilə danışıqlara başladı 14:29 Qrahamın sirr kimi ölümü - Rusiya dronlarının yol açdığı amerikan faciəsi 14:19 Erməni mediası Prezidentlə bərabər Qarabağı gəzir 13:49 MM-in növbədənkənar sessiyasının son iclasının tarixi açıqlandı 13:43 All News