Türkiyə Osmanlı sərhədlərini bərpa edir, Hörmüz boğazı Ankaraya tapşırılır - İDDİA

Türkiyə Osmanlı sərhədlərini bərpa edir,  Hörmüz boğazı Ankaraya tapşırılır - İDDİA
13.07.2026 16:38 Dünya

ABŞ-də bəzi siyasi və analitik dairələrdə Türkiyə ilə bağlı yeni və kifayət qədər mübahisəli iddialar müzakirə olunur.

TodayPress TV siyasi kulis məlumatlarına istinadən xəbər verir ki, Türkiyə əleyhinə mövqeyi ilə seçilən bəzi çevrələr tərəfindən irəli sürülən bu iddialara görə, guya Ankara gələcəkdə Bəsrə körfəzinə qədər irəliləyərək tarixi Osmanlı imperiyasının vaxtilə nəzarət etdiyi coğrafiyaya yenidən çatacaq.

İddialarda bildirilir ki, ABŞ Türkiyənin İraqın şimalından başlayaraq Mosul–Kərkük–Bəsrə körfəzi–Küveyt–Bəhreyn xəttində təhlükəsizliyi təmin etməsi və burada "təhlükəsiz zona" yaratmasını nəzərdən keçirir. Həmçinin Türkiyənin Qətər və Səudiyyə Ərəbistanı ilə koordinasiyalı şəkildə Omana qədər uzanan ərazidə fəaliyyət göstərərək Hörmüz boğazının quru istiqamətindən təhlükəsizliyinin təmin edilməsində rol ala biləcəyi iddia olunur. 

Həmin iddialarda daha sonra Türkiyə Silahlı Qüvvələrinin mümkün quru əməliyyatlarında İraqın şimalındakı kürd silahlı qruplarının da iştirakının planlaşdırıldığı irəli sürülür.

Məlumata görə, guya ABŞ belə bir Türkiyə–Ərəb koalisiyasını formalaşdırmaq məqsədilə İsrailə Fələstin dövlətinin tanınması və Qəzzada sülh prosesinə dəstək verməsi üçün təzyiq göstərməyi də nəzərdən keçirir.

Qeyd edək ki, sözügedən ssenari hazırda yalnız Türkiyə əleyhinə dairələrin gündəmə gətirdiyi, heç bir rəsmi mənbə tərəfindən təsdiqlənməyən absurd iddia kimi qiymətləndirilir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
13 IYUL 2026
MM-in növbədənkənar sessiyasının son iclasının gündəliyi açıqlandı 17:52 Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə müzakirələr apardı 17:32 İran siyahı açıqladı - Bu dövlətlərin rəhbərləri infaz ediləcək 17:06 İran boşboğazlıq etdi, danışıqları pozdu - Tramp "qamçı"ya əl atdı 16:58 Böyüyən arzular, kiçilən evlər - Ali təhsil və miqrasiya valideynləri necə tənhalaşdırır? 16:58 Ukrayna ilə İran ətrafında gərginliyin artdığı mərhələdə Azərbaycan hansı geosiyasi təhdidlərlə üzləşə bilər? 16:47 Türkiyə Osmanlı sərhədlərini bərpa edir, Hörmüz boğazı Ankaraya tapşırılır - İDDİA 16:38 "Qarabağ"da gözlənilməz ayrılıq 16:35 Cibində son model telefon, evində borc dəftəri: "Gizli yoxsulluq" kimləri tapır? 16:29 Rafael Ağayevə ağır itki 16:08 SONDƏQİQƏ! Böyük Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıdı 16:03 Prezidentin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşıldı 15:57 Qırmızı nöqtə aktivləşdi: Azərbaycan dünyanın mərkəzinə necə çevrildi? 15:46 Rusiya dağılırdı, Putin gəldi, qorudu 15:44 Mollaların ən qatı prezidenti İsrail agenti çıxdı - Sepah Əhmədeinejatı dustaq etdi 15:36 Müəllimlər saathesabı yox, tam iş günü çalışacaq - AÇIQLAMA 15:30 Sabahın havası açıqlandı 15:24 AŞPA-dan çıxmaq Avropa İttifaqı ilə əlaqələri kəsəcək? - İkili standartlara qarşı növbəti addım 15:14 Prezident Folklend adaları məsələsinə münasibət bildirdi 15:05 "Kiçik dövləti və məğlub xalqı" qalib millətə və Orta Gücə yüksəldən Müzəffər Ali Baş Komandan İlham Əliyev 14:52 Amerikanın ən nüfuzlu adamını İran öldürdü - Duqindən sensasion açıqlama 14:46 Türkiyədə çalışan azərbaycanlı həkimlərdən çağırış –"Yeni qanun gələcəyimizi təhlükəyə atır" 14:41 Prezident: "Belə avtomobillə heç yerə getmərəm" 14:25 PSJ Dzion Sudzuki ilə danışıqlara başladı 14:29 Qrahamın sirr kimi ölümü - Rusiya dronlarının yol açdığı amerikan faciəsi 14:19 Bütün Xəbərlər