Ukrayna ilə İran ətrafında gərginliyin artdığı mərhələdə Azərbaycan hansı geosiyasi təhdidlərlə üzləşə bilər?

Ukrayna ilə İran ətrafında gərginliyin artdığı mərhələdə Azərbaycan hansı geosiyasi təhdidlərlə üzləşə bilər?
13.07.2026 16:47 Təhlil

Beynəlxalq münasibətlərdə baş verən proseslər özünün kəskin fazasına qədəm qoyub. Dünyanın müxtəlif yerlərində baş verən hadisələr göstərir ki, qlobal nizam çöküb. Bu, bizim coğrafiyada da özünü kəskin şəkildə büruzə verir.

Maraqlıdır, Ukrayna ilə İran ətrafında gərginliyin artdığı mərhələdə Azərbaycan hansı geosiyasi təhdidlərlə üzləşə bilər? 

Məsələ ilə bağlı TodayPress TV-ə danışan politoloq Natiq Miri bildirib ki, bu gün Ukrayna, Rusiya, ABŞ, İsrail və İran arasında gedən müharibələr bilavasitə Azərbaycanın sərhədləri yaxınlığında cərəyan edir. Azərbaycanın cənub sərhədlərində İranla bağlı müharibə gedirsə, şimal sərhədlərində də Ukrayna-Rusiya müharibəsi davam edir. Ona görə də bu təhdidlər və təhlükələr hər zaman mövcuddur:

“Çünki müharibə bir yanğındır. Bu yanğın zamanı küləyin hansı istiqamətdən əsəcəyini, açığı, bəzən birmənalı şəkildə proqnozlaşdırmaq və müəyyənləşdirmək mümkün olmur. Üstəlik, küləyin hansı şiddətdə əsəcəyi də hələlik bəlli deyil. Bu isə o anlama gəlir ki, yanğının qonşu ölkələrə də keçmək təhlükəsi var.

Gördüyünüz kimi, ABŞ-İran arasındakı müharibə artıq bütün Körfəz ölkələrini əhatə edib. Bunun daha böyük miqyas alacağını, yəni Körfəz ölkələrinin də genişmiqyaslı müharibəyə qoşulacağını təsəvvür edin. Eyni zamanda, qlobal güclərin bu məsələyə reaksiyasını və əks reaksiyasını da nəzərə alın. O zaman bu yanğının miqyasının nə qədər böyüyə biləcəyi və hansı təhlükələr yarada biləcəyi aydın görünür. Bu baxımdan belə bir təhlükə mövcuddur”.

Analitikin sözlərinə görə, Azərbaycanın mövqeyi yalnız beynəlxalq hüquq çərçivəsində olmalıdır. Çünki beynəlxalq hüquq hər kəsin tabe olmalı, qəbul etməli olduğu və bütün hüquqların fövqündə dayanan hüquq sistemidir:

“Məhz beynəlxalq hüququn və onun mexanizmlərinin işləməməsi ucbatından Azərbaycan 30 il işğal faktı ilə üzləşdi, milyona yaxın vətəndaşımız böyük faciələr və sarsıntılar yaşadı. Buna görə də məsələlərə beynəlxalq hüquq nöqteyi-nəzərindən yanaşmaq ən doğru yanaşmadır. Bu, orta güc dövlətinin yanaşmasıdır və Azərbaycanın orta güc dövləti olmaq strategiyası da təxminən bu kontekstdə formalaşır. Çünki orta güc dövlətinin xarici siyasət prioriteti müəyyən mənada balans siyasətini özündə ehtiva edir. Yəni bir qlobal gücün geosiyasi maraqları naminə digər qlobal güc mərkəzinin maraqları nə qurban verilir, nə də gözardı edilir. Azərbaycan bütün qlobal və regional güclərlə bərabər məsafədə əməkdaşlıq etmək niyyətindədir. Ən böyük immunitet, Azərbaycanı təhlükələrdən qoruyacaq əsas amil də məhz bu siyasətdir. Buna görə də Azərbaycan Ukrayna-Rusiya müharibəsinin dərhal dayandırılmasını istəyir. Bu, dövlət başçısının və dövlətin rəsmi mövqeyidir. Eyni yanaşma İran-ABŞ-İsrail münaqişəsinə də aiddir”.

N.Miri Prezidentin Şuşa Qlobal Media Forumundakı çıxışına da toxunub:

“Azərbaycan Prezidenti İlham Əliyevin bugünkü Şuşa Qlobal Media Forumundakı çıxışında da açıq şəkildə vurğulandı ki, bəzən hər bir insan, o cümlədən hər bir dövlət "dur" nöqtəsini bilməlidir. Yəni Azərbaycanın gücü dəfələrlə Ermənistanı üstələsə də, ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bütün ərazilərində bərpa etdikdən sonra daha da irəli gedərək əlavə geosiyasi məqsədlər həyata keçirə bilərdi. Ancaq Azərbaycan dayandı. Dayanmaq həddini bilmək deməkdir. Əgər həddini bilməz və onu aşarsansa, bunun ağır nəticələri ola bilər. Bəzən böyük iddialarla çıxış etmək mümkündür. Lakin bu iddialar yalnız imkanlara uyğun olduğu və başqalarına ciddi zərər vermədiyi halda keçərli hesab edilə bilər. Ona görə də indiki vəziyyətdə hər kəsə verilən əsas mesaj və tövsiyə "dur" nöqtəsidir. Yəni müharibələr dayanmalı, sülh prosesi başlamalı, böyük və zərərli iddialardan geri çəkilməyə ehtiyac var”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUL 2026
Putin: “Rəqib bunu hiss edəcək” 18:14 İran ABŞ-ni Hörmüz boğazı ilə bağlı HƏDƏLƏDİ 18:08 MM-in növbədənkənar sessiyasının son iclasının gündəliyi açıqlandı 17:52 Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə müzakirələr apardı 17:32 İran siyahı açıqladı - Bu dövlətlərin rəhbərləri infaz ediləcək 17:06 İran boşboğazlıq etdi, danışıqları pozdu - Tramp "qamçı"ya əl atdı 16:58 Böyüyən arzular, kiçilən evlər - Ali təhsil və miqrasiya valideynləri necə tənhalaşdırır? 16:58 Ukrayna ilə İran ətrafında gərginliyin artdığı mərhələdə Azərbaycan hansı geosiyasi təhdidlərlə üzləşə bilər? 16:47 Türkiyə Osmanlı sərhədlərini bərpa edir, Hörmüz boğazı Ankaraya tapşırılır - İDDİA 16:38 "Qarabağ"da gözlənilməz ayrılıq 16:35 Cibində son model telefon, evində borc dəftəri: "Gizli yoxsulluq" kimləri tapır? 16:29 Rafael Ağayevə ağır itki 16:08 SONDƏQİQƏ! Böyük Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıdı 16:03 Prezidentin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşıldı 15:57 Qırmızı nöqtə aktivləşdi: Azərbaycan dünyanın mərkəzinə necə çevrildi? 15:46 Rusiya dağılırdı, Putin gəldi, qorudu 15:44 Mollaların ən qatı prezidenti İsrail agenti çıxdı - Sepah Əhmədeinejatı dustaq etdi 15:36 Müəllimlər saathesabı yox, tam iş günü çalışacaq - AÇIQLAMA 15:30 Sabahın havası açıqlandı 15:24 AŞPA-dan çıxmaq Avropa İttifaqı ilə əlaqələri kəsəcək? - İkili standartlara qarşı növbəti addım 15:14 Prezident Folklend adaları məsələsinə münasibət bildirdi 15:05 "Kiçik dövləti və məğlub xalqı" qalib millətə və Orta Gücə yüksəldən Müzəffər Ali Baş Komandan İlham Əliyev 14:52 Amerikanın ən nüfuzlu adamını İran öldürdü - Duqindən sensasion açıqlama 14:46 Türkiyədə çalışan azərbaycanlı həkimlərdən çağırış –"Yeni qanun gələcəyimizi təhlükəyə atır" 14:41 Prezident: "Belə avtomobillə heç yerə getmərəm" 14:25 Bütün Xəbərlər