AŞPA-dan çıxmaq Avropa İttifaqı ilə əlaqələri kəsəcək? - İkili standartlara qarşı növbəti addım

AŞPA-dan çıxmaq Avropa İttifaqı ilə əlaqələri kəsəcək? - İkili standartlara qarşı növbəti addım
13.07.2026 15:14 Təhlil

Azərbaycanın Avropa Şurası ilə münasibətlərində yeni mərhələnin mümkünlüyü gündəmə gəlib. Belə ki, Prezident İlham Əliyev Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumununda çıxışı zamanı bildirib ki, Azərbaycan Avropa Şurasından tam çıxmaq məsələsini nəzərdən keçirir.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Yusif Bağırzadə deyib ki, Prezident İlham Əliyevin Azərbaycanın Avropa Şurasından tam çıxmaq variantını nəzərdən keçirdiyini açıqlaması ölkənin bu qurumla münasibətlərində yaranmış ciddi fikir ayrılıqlarının davam etdiyini göstərir:


"Məlumdur ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunarkən bu addım ölkənin Avropa siyasi və hüquqi məkanına inteqrasiyası baxımından mühüm mərhələ hesab edilirdi. Üzvlük çərçivəsində Azərbaycan Avropa Şurasının müxtəlif mexanizmlərində iştirak edib, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub və Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasını tanıyıb. Bu baxımdan mümkün çıxışın əsas nəticələri məhz hüquqi və siyasi sahələrdə özünü göstərə bilər".

Politoloq əlavə edib ki, hazırkı narazılığın əsas səbəblərindən biri Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyət hüquqlarının məhdudlaşdırılması ilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycan bunu haqlı olaraq siyasi yanaşma və ikili standartlar olaraq qiymətləndirir:

"Biz haqlı olaraq hesab edirik ki, AŞPA-da regionda baş verən proseslərə, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinə dair mövqelərdə balanssızlıq mövcuddur. Mümkün çıxışın Azərbaycanın xarici siyasətinə təsirlərinə gəldikdə, ilk növbədə qeyd etmək lazımdır ki, Avropa Şurası Avropa İttifaqı deyil. Yəni bu qurumdan ayrılmaq Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini dayandırdığı anlamına gəlmir və bu iqtisadi əlaqələrə birbaşa eyni səviyyədə təsir göstərmir".

Ekspert əlavə edib ki, biz hər hansı beynəlxalq təşkilatda fəaliyyətimizin davam etməsinin tərəfdarıyıq.

"Amma təmsil olunduğum qurum öz haqsız yanaşması ilə bizi nəyəsə məcbur etməyə cəhd göstərirsə o zaman həmin qurumda qalmaq da mənasını itirir. Əgər Avropa Şurasında yanaşma dəyişəcəksə, ölkəmizə təzyiq yox, qarşılıqlı faydalılıq prinsipi ilə yanaşacaqlarsa o zaman ortada hər hansı problem də qalmayacaq. Avropa İnstitutları dərk etməlidirlər ki, Azərbaycan müstəqil xarici siyasət yürüdən, müxtəlif güc mərkəzləri ilə balanslı münasibətlər qurmağa çalışan və istənilən beynəlxalq platformalarda da milli maraqları əsas prioritet kimi götürən bir ölkədir".

Yusif Bağırzadə sonda qeyd edib ki, ölkə başçısının bu istiqamətdə bəyanatı həm siyasi mesaj, həm də strateji seçim kimi qiymətləndirilə bilər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUL 2026
Rafael Ağayevə ağır itki 16:08 SONDƏQİQƏ! Böyük Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıdı 16:03 Prezidentin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşıldı 15:57 Qırmızı nöqtə aktivləşdi: Azərbaycan dünyanın mərkəzinə necə çevrildi? 15:46 Rusiya dağılırdı, Putin gəldi, qorudu 15:44 Mollaların ən qatı prezidenti İsrail agenti çıxdı - Sepah Əhmədeinejatı dustaq etdi 15:36 Müəllimlər saathesabı yox, tam iş günü çalışacaq - AÇIQLAMA 15:30 Sabahın havası açıqlandı 15:24 AŞPA-dan çıxmaq Avropa İttifaqı ilə əlaqələri kəsəcək? - İkili standartlara qarşı növbəti addım 15:14 Prezident Folklend adaları məsələsinə münasibət bildirdi 15:05 "Kiçik dövləti və məğlub xalqı" qalib millətə və Orta Gücə yüksəldən Müzəffər Ali Baş Komandan İlham Əliyev 14:52 Amerikanın ən nüfuzlu adamını İran öldürdü - Duqindən sensasion açıqlama 14:46 Türkiyədə çalışan azərbaycanlı həkimlərdən çağırış –"Yeni qanun gələcəyimizi təhlükəyə atır" 14:41 Prezident: "Belə avtomobillə heç yerə getmərəm" 14:25 PSJ Dzion Sudzuki ilə danışıqlara başladı 14:29 Qrahamın sirr kimi ölümü - Rusiya dronlarının yol açdığı amerikan faciəsi 14:19 Erməni mediası Prezidentlə bərabər Qarabağı gəzir 13:49 MM-in növbədənkənar sessiyasının son iclasının tarixi açıqlandı 13:43 Azərbaycanlı atanın oğlu Ermənistanda prezident oldu - Azərbaycanlılara düşmən kəsildi 13:40 Zahid Oruc: Bir mənzilin bir neçə şəxsə satılması artıq mümkün olmayacaq! 13:21 Prezident Azərbaycanı Orta Güc elan etdi 13:04 Onu görmürəm, ümid edirəm, həbs edilməyib - İlham Əliyev Qusmandan danışdı 12:55 Prezident Şuşada Qlobal Media Forumu keçirilən məkandan belə ayrıldı - VİDEO 12:47 İslamabad memorandumunun bəndləri qüvvədən düşdü 12:43 Dilicanın Meşəbəyisi Nəcəf Bəy Vəzirov 12:26 Bütün Xəbərlər