Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE
07.07.2026 10:18 Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.

TodayPress TV xəbər verir ki, Rüfət Hacıəlibəyov 2022-ci ilin iyul ayından etibarən Səhiyyə Nazirliyində səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə nazir müşaviri kimi fəaliyyət göstərib.

Bu müddətdə o, ölkədə elektron səhiyyənin milli strategiyasının hazırlanması və icrasına rəhbərlik edib, eyni zamanda səhiyyə sisteminin rəqəmsal transformasiyası üzrə görülən işlərin koordinasiyasını həyata keçirib. Yeni vəzifəsində onun kurasiya edəcəyi əsas istiqamətlərə rəqəmsallaşdırma, innovasiyalar, strateji idarəetmə və tibbi statistika daxildir.

Rüfət Hacıəlibəyov informasiya texnologiyaları və rəqəmsal transformasiya sahəsində 30 ilə yaxın peşəkar fəaliyyət təcrübəsinə malikdir. O, müxtəlif dövrlərdə dövlət və özəl sektorda iri həcmli texnoloji layihələrin icrasına rəhbərlik edib, həmçinin HP, Microsoft və SAP kimi beynəlxalq informasiya texnologiyaları şirkətlərinin Azərbaycandakı nümayəndəliklərinə rəhbərlik vəzifələrində çalışıb.

Onun peşəkar fəaliyyəti dövlət və korporativ qurumlar üçün uzunmüddətli İT strategiyalarının hazırlanması və tətbiqi, strateji planlaşdırma, böhran şəraitində idarəetmə, eləcə də genişmiqyaslı institusional dəyişikliklərin və mürəkkəb layihələrin həyata keçirilməsi sahələrini əhatə edir.

Əsas iş fəaliyyəti ilə yanaşı, Rüfət Hacıəlibəyov ölkədə innovasiya və rəqəmsallaşma ekosisteminin inkişafına da töhfə verib. O, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında innovativ startapların inkişafı üzrə Ekspert Komissiyasının üzvü olub. Bundan başqa, 2017-ci ildən Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurasında təmsil olunur.

İnformasiya texnologiyalarının inkişafı istiqamətində göstərdiyi xidmətlər nəzərə alınaraq, Azərbaycan Prezidentinin 2021-ci il tarixli sərəncamı ilə Rüfət Hacıəlibəyov "Tərəqqi" medalı ilə təltif edilib.

NEWS FEED
07 JULY 2026
Yarımadada yağış, dağlarda duman – İyulun ortasında paytaxtı nə gözləyir? 12:57 Qum Xamenei ilə vidaalaşdı - VİDEO 12:54 Vrotslavda ölüm radiusu... – Hitler dövründən qalan "sürpriz" şəhəri ayağa qaldırdı 12:47 Zelenski Ankaraya gəldi 12:46 Faiq Qarayevin "16 qızıl qızı" bəlli oldu – Bakıdakı böyük döyüşə kimlər çıxır? 12:23 "Kollektiv müdafiə" bəs etmir... – Fidan alyansın hansı "gizli yarasını" faş etdi? 12:19 ABŞ-nin Türkiyəyə ən təhlükəli silahlar verməsi qərarı regionda həyəcan yaratdı 12:03 Qonaqlar Xameneinin cənazəsi ilə Quran ayələri arasında qaldılar 12:00 Bakı – Tbilisi – Ceyhanla bağlı qərar verilən kimi Şevardnadzeyə sui-qəsd təşkil edildi 12:08 Makronun qaldığı otelin yaxınlığında partlayışlar baş verdi - VİDEO 11:49 NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası... 11:45 Əmlak bazarlarında son vəziyyət - Evlərin qiyməti neçəyədir? 11:38 Rüşvətlə hərbi xidmətdən yayındırma: Cinayət işi açıldı 11:28 "NED"in Azərbaycana ayırdığı milyonlar hara gedib ? - Aktivist söyüş müxalifətini biabır etdi 11:17 İlham Əliyev: "Trampın Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var" 11:20 Suriya Prezidenti 8 təyyarə alacaq 11:12 İlham Əliyev ABŞ senatoru ilə görüşdü: Strateji tərəfdaşlıq və sülh gündəliyi müzakirə olundu 11:12 Bağçalara qəbul başladı: Valideynlər elektron növbə yarada bilər 11:08 "Benfika" Ermənistanda akademiya açır 10:53 Rusiya Finlandiyanı hədəf aldı - Nüvə silahı işə düşür ? 10:52 Rusiyada ticarət mərkəzində böyük yanğın: Alov geniş əraziyə yayıldı - VİDEO 10:47 Avstraliyada başlayan eşq nağılı, Pakistanda kabusa çevrildi – Fransız xanım necə qul edildi? 10:35 İspaniya Baş nazirinin həyat yoldaşının Türkiyəyə getməsinə icazə verilmədi 10:30 Azərbaycan nefti bahalaşdı 10:25 Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE 10:18 All News