"NED"in Azərbaycana ayırdığı milyonlar hara gedib ? - Aktivist söyüş müxalifətini biabır etdi
Xaricdə yaşayan müxalif aktivist Emil Cəfərov "NED" təşkilatından pul alan xaricdəki söyüş müxalifətini və digərlərini sərt tənqid edib.
TodayPress TV xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
E. Cəfərovun yaydığı məlumatlara görə, rəsmi Bakının fəaliyyətini qadağan etdiyi ABŞ-nin Milli Demokratiya Fondu (NED) və Avropa Demokratiya Fondu (EED) Azərbaycandakı mövcud hakimiyyət strukturu əleyhinə fəaliyyət göstərən qüvvələrə irihəcmli vəsaitlər ayırır.
Qeyd olunur ki, təkcə 2025-ci ildə ümumi prosesə:
• NED tərəfindən 1.5 milyon dollar,
• EED tərəfindən isə 1.2 milyon pul yönəldilib.
Aktivist bu maliyyə yardımlarının ayrılmasında, guya, söz azadlığı adı altında hakimiyyət əleyhdarlarının dəstəklənməsi ideyasının dayandığını bildirib və əlavə edib:
"Belə görünür ki, bu pul azlıq edir, bəzilərinin qarınları doymur".
Paylaşımda xaricdəki mühacir aktivistlərin bu pulları öz adlarına rəsmiləşdirib Avropada xərclədikləri, lakin ölkə daxilində real çətinlik çəkən şəxsləri tamamilə pulsuz qoyduqları vurğulanıb. E. Cəfərov qeyd edib ki, Azərbaycanda prosesin içində olan Ələsgər Məmmədli (xərçəng xəstəliyindən əziyyət çəkir), Aynur Elgünəş və Ruslan İzzətli kimi şəxslərin müalicə və əməliyyatlarına pul tapılmadığı halda, xaricdəkilər bu vəsaitlərlə lüks həyat yaşayırlar.
Aktivist daxili çəkişmənin səbəbini belə izah edib:
"Çünki əvvəlki kimi yeyə, gəzə, əylənə bilmirlər. Parisə bal ayına gedə bilmirlər. Amma deyirlər ki, məhbusların boğazından kəsin, verin bizə".
Qiymət Mahir