“İçərişəhər”də dönüş nöqtəsi: unikal infrastruktur layihəsinə başlanılır

“İçərişəhər”də dönüş nöqtəsi: unikal infrastruktur layihəsinə başlanılır
22.12.2025 13:32 Cəmiyyət

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025 – 2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı Metropolitenində növbəti mühüm infrastruktur layihəsinin icrasına başlanılır.

TodayPress TV xəbər verir ki, AZCON Holding şirkətlərindən  olan “Bakı Metropoliteni” QSC xətlərin ayrılması layihəsinin mühüm tədbirlərindən biri kimi “İçərişəhər” stansiyasının arxasında dönmə tunelinin (dönmə kamerası) inşasına start verir.

Tikintinin əsas məqsədi xətlərin ayrılması ilə hər bir xəttin müstəqil fəaliyyəti zamanı qatarlararası intervalların azaldılmasına nail olmaq və sərnişinlərə göstərilən xidmətin keyfiyyətini ən yüksək həddə çatdırmaqdır. 

Mövcud vəziyyətdə qatarların eyni platformadan geri dönməsi texniki və təhlükəsizlik baxımından intervalın minimuma endirilməsinə imkan vermir. Dönmə kamerası isə bu məhdudiyyəti tam aradan qaldıracaq. Layihənin sonunda “İçərişəhər” stansiyasında sərnişinləri düşdükdən sonra qatarlar stansiyanın arxasında yerləşən dönmə kamerasına yönələcək və oradan hazırda girişə qapalı olan platformaya daxil olaraq sərnişinlərlə “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edəcək. 

Bununla həm də arxadan gələn qatarların hərəkətinə maneələr və intervalın azaldılmasına təhlükəsizlik səbəbi ilə maneə olan bufer zonası ləğv ediləcək. Bu dəyişiklik sərnişin axınının daha təhlükəsiz və rahat tənzimlənməsinə, qatarların hərəkətinin daha çevik təşkilinə şərait yaradacaq.

Beləliklə, dönmə kamerasının inşası nəticəsində

Qırmızı xətt üzrə mümkün ən minimal interval tətbiq ediləcək;

Sərnişinlərin minib-düşmə sahələri bir-birindən tam ayrılacaq;

Pik saatlarda ehtiyat qatarları dönmə kamerasında hazır saxlanılacaq;

Qatarların gecələməsi və gecə işləri üçün əlverişli şərait yaradılacaq;

Texniki nasazlıq yarandıqda qatarlar xətdən operativ çıxarılacaq.

Qeyd edək ki, dönmə kamerası sərnişinlərin metroya daxil olması üçün alternativ giriş yaratmayacaq. O, sırf texniki məqsədləri – qatarların sürətli manevrlərini və parklanmasını təmin edəcək.

Layihə şəhərsalma prinsipləri və ekomühitin yaradılması baxımından da paytaxt üçün mühüm əhəmiyyət daşıyır. Hazırda yalnız xaotik avtomobil dayanacağı kimi istifadə olunan ərazinin

Yerüstü səthi piyada zonası və yaşıllıq sahəsinə çevriləcək;

Yeraltı hissəsində 200-dən çox avtomobil üçün çoxmərtəbəli parkinq inşa olunacaq;

Ən aşağı səviyyəsində qatarların hərəkəti və texniki ehtiyaclar üçün müasir infrastruktur qurulacaq.

Tikinti müddətində bitişik küçədən keçən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunmayacaq.

“İçərişəhər” stansiyası isə bütün inşaat mərhələləri boyunca mövcud iş rejimində fəaliyyətini davam etdirəcək.

TodayPress TV

PHOTOS

“İçərişəhər”də dönüş nöqtəsi: unikal infrastruktur layihəsinə başlanılır — 1
NEWS FEED
13 AUGUST 2026
Azərbaycandan tranzit keçməklə Ermənistana 20 vaqon yük göndərildi 14:45 UEFA “Rakuv”a sərt cəza verdi: növbəti pozuntuya sektor qadağası! 14:43 Kaya Kallas İsrailə təşəkkür etdi 14:30 Putinin İturupa səfəri Tokionu ayağa qaldırdı: Yaponiya Rusiyaya etiraz etdi 14:16 Reyndersə 60 milyon avroluq təklif: “Mançester Siti”dən ayrılır? 14:02 İsrail Livandan çəkilməyəcək - Müdafiə naziri ordudan uzunmüddətli hazırlıq tələb etdi 13:39 “Karri heç yerə getməyəcək!” – “Golden State”dən əmin mesaj 13:58 Paşinyan Simonyana yeni vəzifə verdi 13:48 ABŞ və Yaponiya Çinə qarşı nəhəng layihəyə hazırlaşır: Dünyanın ən dərin mədəni tikiləcək 13:35 Paşinyan: “Dostluq şəraitində həll istəyirik” 13:43 Piastri zirvəyə gedən yolu açıqladı: “Yeni şeylər sınayıram” 13:35 “Atletiko”nun əsas hücumçusu mövsümün əvvəlində sıradan çıxdı 13:30 Paşinyan Ermənistandan Azərbaycana ixracla bağlı danışdı 13:27 Metroda məhdudiyyətlər tələbələrin avtobuslardan istifadəsini artıracaq – Güzəştlər olacaq? 13:09 “Ən gərgin rəqabət III qrupda olacaq: 5 min abituriyent ali məktəbə qəbul olmayacaq” 13:04 Sabah hava necə olacaq ? 12:55 “Avroviziya 2027”nin keçiriləcəyi yer təsdiqləndi 12:51 Prezident: Regionda sülh gündəliyi Azərbaycanın təşəbbüsü ilə başladılıb 12:43 Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi 12:37 Ermənistan hərbçisi güllələnmiş vəziyyətdə tapıldı 12:31 DİQQƏT: Metronun iş rejimi dəyişir 12:24 Bir illik sülhdən sonra ilk ünvan: NAXÇIVAN 12:12 SON DƏQİQƏ: Qardaş ölkədə şiddətli zəlzələ oldu 12:18 Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi 12:11 NBA əfsanəsinə sərvət təklifi: 3 günə 100 min dollar! 12:07 All News