Azərbaycanda mənzil niyə əlçatmazdır? - Bahalaşmanın əsl səbəbi açıqlandı

Azərbaycanda mənzil niyə əlçatmazdır? - Bahalaşmanın əsl səbəbi açıqlandı
15.07.2026 14:35 Cəmiyyət

Son illər Azərbaycanda mənzil qiymətlərinin sürətlə bahalaşması cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir. Xüsusilə vətəndaşlar 70-80 min manat büdcə ilə mənzil tapmağın çətinləşdiyini, qiymət artımında isə ipoteka kreditlərinin rol oynadığını iddia edirlər. Digər tərəfdən, evlərin real dəyərindən qat-qat baha satıldığı ilə bağlı fikirlər də səsləndirilir.

Mövzu ilə bağlı TodayPress TV-nin suallarını cavablandıran Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc bildirib ki, daşınmaz əmlak bazarında qiymət artımının arxasında tək bir deyil, çoxsaylı iqtisadi və sosial amillər dayanır.


Onun sözlərinə görə, hazırda daşınmaz əmlak Azərbaycanda ən cəlbedici investisiya istiqamətinə çevrilib:

"Mənzillərin və evlərin qiymətinin artımı daşınmaz əmlakın investisiya cəlbediciliyi ilə bağlıdır. Hazırda həm sahibkarlar, həm də vətəndaşlar daha çox öz investisiyalarını bu istiqamətə yönəldirlər. Amma bu, qiymət artımının yeganə səbəbi deyil. Tikinti xərclərinin artması, məsrəflərin yüksəlməsi, inflyasiya, logistika və enerji daşıyıcılarının bahalaşması qiymətlərə birbaşa təsir edir. Bundan əlavə, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər də bazarda özünü göstərir. Regionlardan Bakıya axın davam edir. İnsanlar əsasən iş imkanlarına görə paytaxtı seçirlər. Bu isə kirayə mənzil bazarında tələbi artırır. Kirayə bazarında yaranan aktivlik sonradan satış bazarına da təsir göstərir və qiymətlər yüksəlir".

AQC sədri əlavə edib ki, Ukrayna-Rusiya müharibəsi başlayandan sonra regionda baş verən geosiyasi proseslər də daşınmaz əmlak bazarında qiymət artımını sürətləndirib.

"Regional proseslər də mühüm rol oynayır. Ukrayna və Rusiya arasında müharibə başlayandan sonra qiymət artımı daha da hiss olunmağa başladı. Belə hadisələr daşınmaz əmlak bazarına birbaşa təsir göstərən amillərdəndir. Əlbəttə, ipoteka kreditləşməsi bazarda aktivlik yaradır. Bazara müraciət edənlərin sayı artır və bu da qiymətlərə təsir göstərir. Amma ipotekanın yaratdığı bahalaşma ümumi qiymət artımının cüzi bir hissəsidir. Əsas səbəblər investisiya marağı, tikinti xərcləri, inflyasiya və digər makroiqtisadi amillərdir".

İqtisadçı evlərin real dəyərindən baha satılması ilə bağlı fikirlərlə də razılaşmadığını bildirib.

"Evlərin dəyərindən çox baha satıldığını demək düzgün olmaz. Torpaq sahələri məhduddur, əhali artır, yeni ailələr yaranır, yeni yaşayış kompleksləri tikilir. Torpağa tələbat artır və bu da qiymətlərə təsir edir. Əvvəllər sahibkar bir layihədən əldə etdiyi qazancı kifayət hesab edirdisə, indi inflyasiya və digər iqtisadi amillərə görə daha yüksək gəlir əldə etməyə çalışır. Bu da mənzillərin satış qiymətində öz əksini tapır. Azərbaycanda mənzillərin qiyməti vətəndaşların gəlirləri ilə müqayisədə yüksək görünsə də, region ölkələri ilə müqayisədə bazarı həddindən artıq bahalı hesab etmək düzgün deyil. Daşınmaz əmlak qiymətləri minimum və orta aylıq əməkhaqqı ilə müqayisədə yüksəkdir. Ona görə də vətəndaşların böyük hissəsi mənzil ala bilmir. Amma bu, mənzillərin mütləq şəkildə həddindən artıq baha olması demək deyil. Əməkhaqları artdıqca mənzillərə əlçatanlıq da yüksələcək".

Vüqar Oruc hesab edir ki, sosial mənzil layihələrinin genişləndirilməsi, ucuz torpaq sahələrində yeni yaşayış massivlərinin salınması, "15 dəqiqəlik şəhər" modelinin tətbiqi və dövlət obyektlərinin şəhər mərkəzindən kənara köçürülməsi gələcəkdə daşınmaz əmlak bazarında qiymətlərin tənzimlənməsinə müsbət təsir göstərə bilər.

Türkan İsgəndərli

TodayPress TV

PHOTOS

Azərbaycanda mənzil niyə əlçatmazdır? - Bahalaşmanın əsl səbəbi açıqlandı — 1
NEWS FEED
15 JULY 2026
Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək 17:33 Bütün dünya ondan danışır: Azərbaycanlı məktəbli Kodlaşdırma üzrə dünya çempionu oldu 17:16 CENTCOM İrana qarşı yeni zərbə dalğasını başa çatdırdı 17:10 İran hamını vurdu, İsrailə toxunmadı – Səbəb nədir? 16:58 Ukrayna Rusiya büdcəsini dəldi: 48 milyard dollar havaya uçdu 16:56 ABŞ TRIPP dəhlizinə rusu rəhbər qoydu - Sokolov kimdir? 16:53 İki parklanma yerini zəbt edən sürücülərə xəbərdarlıq: Qaydalar sərtləşə bilər 16:48 Tehrandan xüsusi humanitar plan: Cənub əyalətlərində bərpa prosesi başladı 16:43 Rusiya deputatından Azərbaycanla bağlı diqqətçəkən açıqlama 16:27 İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi 16:23 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi 16:21 Rusiya Azərbaycana hücum təşkil etməklə özünü dünyada biabır edir - TƏHLİL 16:10 Yeni əskinaslar paltaryuyan maşında yuyulur - Pullar belə sınaqdan keçirilir 16:00 FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 15:57 Arauxo "Barselona"dan "Atletiko"ya keçə bilər 15:51 Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 15:49 Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verdi 15:39 XİN Azərbaycan vətəndaşlarına çağırış etdi - BƏYANAT 15:29 Qədim diyarımız Gorusdan görüntülər - VİDEO 15:24 Putin şəxsi təyyarəsini Xameneini İrandan çıxarmaq üçün göndərib? – İnanılmaz detallar 15:21 CENTCOM açıqladı: İrana qarşı zərbələr... 15:11 Putin haqda elə xəbər yayıldı ki... - Ukraynadan qoşunlarını çəkir? 15:07 İranın cənub sahillərinə yeni zərbə: ABŞ Strateji nəqliyyat qülləsini belə vurdu 14:59 Nə sata bilirlər, nə saxlaya... - Tatarıstan neft quyularını bağladı 14:49 Böyük Britaniya yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək 14:46 All News