İran hamını vurdu, İsrailə toxunmadı – Səbəb nədir?

İran hamını vurdu, İsrailə toxunmadı – Səbəb nədir?
15.07.2026 16:58 Təhlil

İranın son hücum dalğasında Yaxın Şərqdəki bir neçə ölkə hədəfə alınsa da, İsrail  toxunulmaz qaldı. Hesabatlarda bildirilir ki, İsrail güclü hərbi çəkindirmə qabiliyyəti formalaşdırıb və İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İsrailin genişmiqyaslı hərbi reaksiyasından ehtiyat edərək ona birbaşa hücumlardan yayınıb.  Bu iddia artıq İsrailin bölgədə yeni hərbi çəkindirmə səviyyəsi yaradıb-yaratmadığı ilə bağlı qızğın müzakirələrə səbəb olub.   İran İsraildən qorxur?  

Məsələ ilə bağlı politoloq Natiq Miri TodayPress TV-yə danışıb.


Analitikin qənaətincə, İsrail hökuməti İranla atəşkəs mövzusu gündəmə gəldiyi gündən bu razılaşmanın uzunmüddətli olacağına və mümkün memorandumun bütün şərtlərinin yerinə yetiriləcəyinə inanmayıb:

"Təl-Əviv hesab edir ki, İran atəşkəs dövründən istifadə edərək hərbi potensialını artırıb, hava hücumundan müdafiə sistemlərini və raket arsenalını gücləndirib. Məhz buna görə İsrail rəhbərliyi dəfələrlə xəbərdarlıq edib ki, İran və ya onun dəstəklədiyi qüvvələr tərəfindən İsrailə qarşı hər hansı hücum olarsa, cavab çox sərt olacaq".

O qeyd edib ki, hazırkı mərhələdə ABŞ ilə İran qarşılıqlı zərbələr endirərkən, Tehran İsraili münaqişəyə cəlb etməkdə maraqlı görünmür:

"İran anlayır ki, İsrail ABŞ-dan fərqli olaraq məhdud əməliyyatlarla kifayətlənməyəcək. Belə bir ssenaridə İranın strateji hərbi obyektləri, hərbi sənaye kompleksi, enerji infrastrukturu, nəqliyyat-kommunikasiya şəbəkəsi və logistika mərkəzləri əsas hədəfə çevrilə bilər".

Ekspert düşünür ki, bu, İsrailin prosesdən kənarda qalacağı anlamına gəlmir:

"Çox şey İranın gələcək davranışından asılı olacaq. Tehran həm xarici auditoriyaya, həm də daxildə qisas ritorikasını gücləndirib, o cümlədən ABŞ Prezidenti Donald Trampa qarşı sərt hədələr səsləndirir".

Politoloq tərəflər arasında gərginliyin diplomatik razılaşma ilə tam aradan qalxmasının çətin olacağını deyib. Onun sözlərinə görə, daha real ssenari lokal hərbi əməliyyatların zamanla daha genişmiqyaslı qarşıdurmaya çevrilməsidir.

"ABŞ hələlik İsrailin birbaşa müdaxiləsini məhdudlaşdırmağa çalışır və hesab edirdi ki, məhdud zərbələrdən sonra İran danışıqlar masasına qayıdacaq. Lakin hadisələrin gedişi bu gözləntini doğrultmur. Bu səbəbdən gələcək mərhələdə İsrailin də münaqişəyə qoşulması ehtimalı qalır", – ekspert əlavə edib.

Natiq Miri qeyd edib ki, İsrail üçün əsas məqsəd yalnız İranın nüvə və raket proqramını məhdudlaşdırmaq deyil, həm də onun hərbi və iqtisadi imkanlarını uzunmüddətli perspektivdə zəiflətməkdir. Bu baxımdan əvvəlki atəşkəs qərarı Təl-Əviv üçün gözlənilməz olmuşdu.

Analitik bildirib ki, münaqişənin ağırlıq mərkəzi getdikcə Hörmüz boğazına nəzarət məsələsinə yönəlir:

"Bu bölgəyə nəzarət həm qlobal enerji təhlükəsizliyi, həm də ABŞ-ın strateji maraqları baxımından həlledici əhəmiyyət daşıyır. Bu səbəbdən qarşıdurmanın təkcə hava və raket zərbələri ilə məhdudlaşmayaraq, gələcəkdə quru əməliyyatlarını da əhatə edə biləcəyi ehtimalı istisna edilmir".

Onun sözlərinə görə, İranın hələlik İsraillə birbaşa toqquşmadan yayınması da məhz münaqişənin daha geniş miqyas almasının qarşısını almaq məqsədi daşıyır:

"Körfəz ölkələrinin reaksiyasını İsrailin reaksiyası ilə eyni səviyyədə qiymətləndirməyən Tehran anlayır ki, İsrailin birbaşa müharibəyə qoşulması qarşıdurmanın xarakterini köklü şəkildə dəyişə bilər. Buna baxmayaraq, mövcud dinamika İsrailin hansısa mərhələdə prosesə daxil olması və müharibənin daha geniş, daha dağıdıcı mərhələyə keçməsi ehtimalını artırır".

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - YENİLƏNDİ 17:55 Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək 17:33 Bütün dünya ondan danışır: Azərbaycanlı məktəbli Kodlaşdırma üzrə dünya çempionu oldu 17:16 CENTCOM İrana qarşı yeni zərbə dalğasını başa çatdırdı 17:10 İran hamını vurdu, İsrailə toxunmadı – Səbəb nədir? 16:58 Ukrayna Rusiya büdcəsini dəldi: 48 milyard dollar havaya uçdu 16:56 ABŞ TRIPP dəhlizinə rusu rəhbər qoydu - Sokolov kimdir? 16:53 İki parklanma yerini zəbt edən sürücülərə xəbərdarlıq: Qaydalar sərtləşə bilər 16:48 Tehrandan xüsusi humanitar plan: Cənub əyalətlərində bərpa prosesi başladı 16:43 Rusiya deputatından Azərbaycanla bağlı diqqətçəkən açıqlama 16:27 İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi 16:23 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi 16:21 Rusiya Azərbaycana hücum təşkil etməklə özünü dünyada biabır edir - TƏHLİL 16:10 Yeni əskinaslar paltaryuyan maşında yuyulur - Pullar belə sınaqdan keçirilir 16:00 FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 15:57 Arauxo "Barselona"dan "Atletiko"ya keçə bilər 15:51 Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 15:49 Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verdi 15:39 XİN Azərbaycan vətəndaşlarına çağırış etdi - BƏYANAT 15:29 Qədim diyarımız Gorusdan görüntülər - VİDEO 15:24 Putin şəxsi təyyarəsini Xameneini İrandan çıxarmaq üçün göndərib? – İnanılmaz detallar 15:21 CENTCOM açıqladı: İrana qarşı zərbələr... 15:11 Putin haqda elə xəbər yayıldı ki... - Ukraynadan qoşunlarını çəkir? 15:07 İranın cənub sahillərinə yeni zərbə: ABŞ Strateji nəqliyyat qülləsini belə vurdu 14:59 Nə sata bilirlər, nə saxlaya... - Tatarıstan neft quyularını bağladı 14:49 Bütün Xəbərlər